Moskva: "İnternet azadlığı"na dair aksiyada 20 nəfər saxlanılıb






Rusiyada məşhur "Teleqram"ın bloklanmasına etiraz olaraq baş qaldıran nümayiş bu gün də davam edib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, 8 minə yaxın insanın qatıldığı nümayişdə 20 nəfər saxlanılıb. 

Bu barədə Rusiyanın "OVD-Info"saytı  məlumat yayıb. 

Məlumata görə, nümayişdə iştirak edən tələbə David Kasil bəyan edib ki, onlar öz fikilərini ifadə etməkdən çəkinmirlər: 

"Biz nə polisdən , nə də döyülməkdən qorxuruq. Bizə danışmağı yasaqlaya bilməzlər. Evdə oturmaq olmaz. Hər kəs bu aksiyaya qatılıb, etirazını bildirməlidir". 

Tərcümə etdi: Ayyət ƏHMƏD