MOSKVADA ARA QARIŞDI - İnsanlar küçələrdə

Bu gün Rusiyanın paytaxtı Moskvada geniş tərkibli etiraz aksiyası baş tutub. 
Sherg.az "Lemonde.fr"ə istinadən bildirir ki, etiraza Moskva merinin paytaxtda və eləcə də paytaxt ətrafında sovet dövründən qalan 4 mindən artıq yaşayış binasını dağıtmaq cəhdi səbəb olub. Məhz ona görən də, Moskvada minlərlə insan küçələrə axın olub. Və bu cür tarixi memarlıq abidələrinin sökülməsinə etirazını bildiriblər. Hökumətdən belə binaların qorunmasını tələb ediblər. 
Etirazçılardan biri, 38 yaşlı Moskva sakini Pavel Kouznetsov "Lemonde"un əməıkdaşına bunları deyib: "Uzun müddətdir ki, həyat yoldaşımla bu məhlədə sakit, dinc şəkildə, əsrarəngiz təbiətin qoynunda, tarixi bir binada yaşayırıq. İndi bizi zəif prestiji olan başqa bir məhləyə köçürmək istəyirlər. Biz isə bu tarixi binaları və belə təbiəti qoyub getmək istəmirik".
Ayyət Əhməd