Moskvada Maqomayevin xatirə lövhəsi açıldı
20:39 14.09.2017
Arxiv
727
Moskvada tanınmış müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, xatirə lövhəsi Maqomayevin vaxtı ilə yaşadığı Leontyev döngəsində yerləşən binada vurulub.
Açılış mərasimində Müslum Maqomayev Mədəni İrsi Fondunun təsisçisi, iş adamı Araz Ağalarov, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, xatirə lövhəsinin müəllifi Salavat Şerbakov, tanınmış Rusiya rəssamı Aleksandr Şilov, iş adamı Emin Ağalarov, Moskva merinin müavini Leonid Peçatnikov və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Tamara Sinyavskaya bildirib ki, xatirə lövhəsi mərhum müğənninin anadan olmasının 75 illiyində açılır: "Müslüm avqustun 17-də, doğum günündə həmişə vətənində, Bakıda dostları ilə birlikdə olurdu. Sentyabrın 17-də isə Rusiyadakı dostları onun başına yığışar, ad gününü qeyd edərdilər. Xatirə lövhəsi də məhz bu ərəfədə açılır".
Müslüm Maqomayevin yaxın dostu, iş adamı Araz Ağalarov isə çıxışında yaxınlarından başqa bu vaxta kimi heç kəslə bölüşmədiyi bir epizod haqqında danışıb: "Müslüm vəfat edəndə, biz Tamara ilə fikirləşdik ki, onu harada dəfn edək. Qərara gəldik ki, Bakıda dəfn olunsun. Bu barədə indiki Moskva meri Sergey Semyonoviç Sobyanin bildi. O zaman Sergey Semyonoviç Prezident Administrasiyasına rəhbərlik edirdi. Müslümün vəfatı ilə bağlı Yuri Lujkov da məlumatlandırıldı və o, Müslümün dahi şəxslərin dəfn olunduğu Novodeviçi məzarlığında torpağa tapşırıla biləcəyini söylədi. Bu gün Sergey Semyonoviç burda yoxdu, lakin mən ona bu hüznlü gündə bizə kömək etdiyinə görə təşəkkürümü bildirirəm".
Daha sonra isə xatirə lövhəsinin müəllifi Salavat Şerbakov və Rusiyanın xalq rəssamı Aleksandr Şılov Müslüm Maqomayev haqqında xatirələrini bölüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual