Moskvada qasırğa: ölü sayı 16-ya çatdı - YENİLƏNİB





Moskvada baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı artır.

Sherg.az azvision.az-a istinadən xəbər verir ki, Rusiya Tədqiqat Komitəsinin yaydığı son məlumata görə, güclü qasırğa 16 nəfərin ölümünə səbəb olub.

Yaralıların sayının dəqiqləşdirildiyi bildirilir. Ölü sayının artacağı istisna edilmir.

-----------

11:16

Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.

Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.

----------

10:12

Moskvada təqribən 150 nəfər qasırğa səbəbindən xəstəxanalara yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olduğunu deyib.

O, ümumilikdə 168 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib: "Təəssüf ki, Moskvada ölənlərin sayı 11 nəfərdir".

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.