Moskvada terror hadisəsi...

Atobus dayanacağında partlayış baş verib, 3 nəfər yaralanıb



 Rusiya paytaxtında avtobus dayanacağında partlayış baş verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında paytaxtın Pokrovka küçəsi, 19 ünvanında yerləşən avtobus dayanacğında baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər yaralanıb.
Hazırda hadisə yerində Rusiya hüquq-mühafizə orqanları əməkdaşları, xilas edicilər və təcili tibbi yardım maşınlar var. Partlayışın baş veridiyi məkan əhatəyə alınıb. Baş verən insidentin terror hadisəsi olması ehtimalı var.
"Moskva polisi avtobus dayanacağında baş verən partlayışın səbəbini araşdırır. Hadisə yerində əmliyyat-iqtintaq qrupu işləyir" - deyə Daxili İşlər Nazirliyinin şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.


Rusiya DİN: Moskvanın mərkəzində baş verən partlayışa səbəb əldəqayırma bomba ola bilər

 Moskvanın mərkəzində avtobus dayanacağında baş verən partlayışa səbəb əldəqayırma bomba ola bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.
"İlkin ehtimallara görə, Pokrovka küçəsində yerləşən avtobus dayanacağında baş verən partlayışa səbəb həmin yerdən keçən avtomobildən atılan və ya çoxmərtəbəli binanın pəncərəsindən atılan əldəqayırma bomba ola bilər",deyə Qaliakberov söyləyib.
Qeyd edək ki, bu gün gecə saatlarında Moskvanın Pokrovka küçəsin 19 ünvanında yerləşən avtobus dayanacağında partlayış baş verib. Hadisə nəticəsində 3 qadın qəlpə yaraları alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib. Hazırda hadisə yeri dövriyyəyə alınıb, əraziyə kənar şəxslər buraxılmır. Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.
Faktla bağlı "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb, araşdrıma aparılır.