Mövlud Cavuşoğlu Rusiyaya uça bilmədi





Rusiyanın Türkiyədəki səfiri Andrey Korlova qarşı törədilən sui-qəsd baş verən an, Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Rusiyaya uçmağa hazırlaşırmış. Qanlı olay barədə Çavuşoğlu təyyarədə məlumat alıb. Sherg.az Türkiyənin "Sözçü” qəzetinə istinadən məlumat verir ki, sabah Türkiyə, İran və Rusiyanın XİN başçıları Moskvada bir araya gəlib, Suriya böhranını müzakirə edəcəklərmiş. Səfirin Ankarada güllələnməsi, Moskva görüşünün baş tutacağını sual altına alır.