"Müasir standartlara uyğun, çevik idarəetmə sistemi yaradılır" - Ekspert





"Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Fərmanı müasir dövrün yeni çağrışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımdan mühüm əhəmiyyət daşıyır”.

Bunu "Sherg.az”a açıqlamasında Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, Fərman dərinləşmiş iqtisadi islahatlar fonunda 2019-cu ilə Azərbaycanın yeni struktur islahatları ilə başlamasından xəbər verir:

"Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən strukturun təkmilləşdirilməsini və qərarların qəbulunun çevikliyini də özündə ehtiva edir. Ölkə Prezidentinin mövcud struktur təkmilləşərək yeni dövrün çağırılarına uyğun olması ilə bağlı siyasi iradəsinə uyğun olaraq idarəetmə sistemində çeviklik artırılır.

Təbii ki, bu konteksdə dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu da imkan verir ki, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsinə şərait yaradılsın. Fərmanın ən böyük üstünlüyi müasir standartlara uyğun, çevik idarəetmə strukturları yaradılması ilə bağlıdır. Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarinı daha aktuallaşdırıb. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son Fərman da məhz iqtisadi islahatların səmərəliyinin daha da artırılması üçün bir baza formalaşdırmaqdır. 2019-cu ildə həm dövlət başçısnın tapşırıq və tövsiyyələrinə, həm da Strateji Yol Xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də müsbət təsir göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığn aradan qaldırılması kimi hədəflərə daha tez nail olmasına şərait yaratmaqdadır. Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılmasını və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusi ilə qeyd olunmalıdır”.

Ekspertin sözlərinə görə, Sənəddə bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbul edilməsi prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq: 

"Müasir çağrışlar bir daha təsdiq edir ki, idarəetmədə proseduraların sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni stuktur islahatları nəticə etibarı ilə biznes muhitinin daha da yaxşılaşdırılmasına da birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdən, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir. Digər tərəfdən, cənab Prezidentin bu Fərmanı əsasında həyata keçiriləcək bu islahat dövlət bücəsində vəsaitlərin qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Fiskal konsoldasiya fonunda idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu baxımdan, optimal xərclər həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılması baxımdan da vacibdir”.

V.Bayramov bəyan edib ki, Prezidentin son Ffərmanı bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir: 

"Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsini hədəfləmiş islahatlar həm də struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdan ibarətdir. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, daha qısa zamanda səmərəli reaksiya verməsini təmin edir. Bütövlükdə bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir və çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir”.

İsmayıl