Mübariz Qurbanlı: "Məscidlərdə səsin həddən artıq verilməsi düzgün deyil"
11:32 14.09.2017
Arxiv
387
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.
APA-nın məlumatına görə, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.
O qeyd edib ki, buna nəzarət eləmək lazımdı: "Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur".
M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə dövlətin qanuni səbəb olmadan məscid ərazisinə müdaxilə etməsinin düzgün olmadığını bildirib.
"Cinayət tərkibli, terror və s. bu tipli hadisələr olmadığı təqdirdə dövlət məscid ərazisinə müdaxilə etməməlidir. Məscid dindarlara, din xadiminə verilən yerdir. Orada ibadətin necə ediləcəyi onlardan asılıdr, kənardan müdaxilə düzgün deyil”, - deyə A. Paşazadə qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual