Mühafizəçilər lazım deyil...
20:50 11.02.2016
Arxiv
832
Saakaşvili Ukraynada da nümunə olmaq istəyir
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mühafizəçilərdən imtina edib. Bu barədə o, öz "Facebook” səhifəsində yazıb. Qubernator qeyd edib ki, istəyi ilə bağlı Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub ünvanlayıb: "Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm”.
Məlumat üçün bildirək ki, M.Saakaşvilinin təhlükəsizliyini "Alfa” xüsusi dəstəsinin əməkdaşları təmin edirdilər.
Saakaşvilinin addımını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, o, təvazökar insandır. Hətta bu təvazökarlıqlarını Gürcüstan Prezidenti olarkən də nümayiş etdirib: "Ola bilsin ki, iki məqsədi var. Birinci o ola bilər ki, təvazökarlığını göstərir. İkincisi isə odur ki, əlavə xərc olmasın və bütün Ukraynaya nümunə olmaq istəyir ki, vaxtı işə ayırmaq lazımdır. Rüşvət hallarına yol verilməməlidir. Bu günlərdə nəqliyyat vasitələrinə mane olan müfəttişlərə qarşı ciddi addımlar atdı. Saakaşvili istəyir ki, Odessa bir nümunə olsun və bu, dəyişikliklərin sıçrayış nöqtəsi olsun. Onu da deyim ki, qubernatorla Ukrayna Daxili işlər naziri Abakov arasında münasibətlər çox gərgindir. Biri-birlərini çox tənqid edirlər. Mümkündür ki, hansısa qüvvələr Saakaşviliyə qarşı müəyyən sui-qəsd planı haqqında düşünsünlər. Ona görə də, Saakaşvilinin yanındakı mühafizəçilərə inanmaq olmaz. Ondansa, tək gəzsə, daha etibarlıdır nəinki mühafizəçi ilə. Bilmək olmaz. Onların içində Abakovun öyrətdiyi şəxslər də ola bilər. Həm də yəqin fikirləşir ki, kimsə onu hədəf götürübsə, təhlükəsizlik orqanları onu nədən qoruya bilərlər ki”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat