“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”
20:26 22.02.2016
Arxiv
748
Kitab fransız dilində çap edilib
"TEAS Press” Nəşriyyatında "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” ("Khojaly Witness of a war crime - Armenia in the Dock”) kitabı fransız dilində çap edilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, kitab ilk dəfə 2014-cü ildə ingilis dilində Londonun "ITHACA PRESS” nəşriyyatında (tərtibçilər: İen Peart, Fiona Maklaxlan) və 2015-ci ildə rus dilində Sankt-Peterburqun "Vestnik” Nəşriyyatında işıq üzü görüb. "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba müqəddimə yazıb.
"Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində işıq üzü görən bu kitab 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.
Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki) hesabatları topluda tam şəkildə çap olunub.
Xarici fotomüxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.
Topluya beynəlxalq mediadan (The Washington Post, Le Monde, The Times, Trud, Komsomolğskaə pravda və s.) daxil edilmiş materiallar və fotoşəkillər TEAS tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilmişdir və ilk dəfədir ki, işıq üzü görür.
"Khojaly Witness of a war crime - Armenia in the Dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabı Xocalı qətliamına dair obyektiv vəziyyəti əks etdirən bir hesabat olub, beynəlxalq ictimaiyyəti onun haqqında hərtərəfli şəkildə məlumatlandıran nadir nəşrlərdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region