"Müharibə əlilləri və şəhid ailələrinin evlə təmin edilməsi müsbət haldır"
13:51 06.08.2018
Arxiv
841
"Mən özüm də müharibə əlillərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğı ilə əhatələnirəm. Sevinirəm ki, dövlət bizlərə bu cür qayğı göstərir”.
Bunu "Sherg.az”a Qarabağ, Böyük Vətən müharibələri əlillərinə, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin, avtomobillərin verilməsinə münasibət bildirərkən döyüş tapşırıqlarını yerinə yetirərkən sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi söyləyib.
O vurğulayıb ki, bu təbəqədən olan hər bir ailə dövlətin dəstəyi təqdirəlayiq hesab edir:
"Bəzi hallarda məmurların, vəzifəsindən sui-istifadə edən şəxslərin Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə qarşı laqeydliyini də görürük. Bu nümunələr isə bizi təəssüfləndirir. Amma istənilən halda, dövlətin, ölkə başçısının Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini evlə təmin etməsi müsbət haldır.
Avqustun 1-də növbəti dəfə Qarabağ, Böyük Vətən müharibələri əlillərinə, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin verilməsindən sonra Prezident İlham Əliyev bu tədbirlər üçün ayrılan vəsaitin artırılması barədə sərəncam imzaladı. Görünür, növbəti illərdə ev və avtomobillə təmin edilən ailələrin sayı daha çox olacaq. Bu cür sosial tədbirlərin artırılması, şəhid ailələrinin, müharibə əlillərinin sıxıntılarının, ehtiyaclarının ödənilməsi üçün mühüm addımların atılması cəmiyyətdə rəğbətlə qazanır. Ölkə başçısı bu məqamları diqqətə alaraq, sosial təminatı aşağı olan bu ailələrin ehtiyaclarını təmin edir”.
Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, nazirlik "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm