Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır
14:00 02.08.2018
Arxiv
978
"Prezident İlham Əliyevin şəhid ailələrini, veteranları, Qarabağ, Böyük Vətən müharibələri və Çernobıl əlillərininin diqqətdə saxlaması dövlət siyasətinin sosial yönümlü olduğunu sübut edir”.
Bunu "Sherg.az”a dünən Qarabağ, Böyük Vətən müharibələri əlillərinə, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin, avtomobillərin verilməsinə münasibət bildirərkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib. Onun sözlərinə görə, Azərbaycan yeganə ölkələrdəndir ki, bu təbəqənin nümayəndələrinin sosial təminatı maksimum yaxşılaşdırılıb:
"Müharibə əlilləri, şəhid ailələri növbəlilik prinsipi ilə mənzillərlə təmin olunur, onlara avtomobillər verilir. Bu təbəqənin sosial təminatını yaxşılaşdırmaq üçün onların işlə təmin olunması yüksək səviyyədə aparılır. Sözügedən addımlar Azərbaycanın sosial yönümlü siyasətinin əsas təzahürləridir. Biz bu tədbirləri dəstəkləyir, ölkə başçısına təşəkkür edirik.
Prezident İlham Əliyevin bu cür davamlı sosial siyasət həyata keçirməsi ölkənin gələcək siyasi, hərbi, sosial uğurları üçün təminatdır. Çalışmalıyıq ki, ölkəmizdəki siyasi, sosial stabilliyi qoruyub, saxlayaq, əmin-amanlığın davamlılığına nail olaq. Ölkəmizdə sabitlik nə qədər dayanıqlı olarsa, iqtisadi, sosial inkişaf da bir o qədər davamlı olacaq”.
Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, nazirlik "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq