Müharibə sonuncu variantdır
21:33 29.01.2016
Arxiv
945
Rusiya Türkiyənin qətiyyətini sınağa çəkir
İngiltərənin "Times” qəzeti Türkiyə və Rusiya müharibəsinin anonsunu verib.
Nəşrin məlumatına görə, Türkiyə İŞİD-in nəzarətində olan Cerablus bölgəsi ilə sərhəd olan ərazilərini minalardan təmizləməyə başlayıb: "Bu, Türkiyənin qurudan hücum edə biləcəyi ehtimalını artırır. Kreml də öz növbəsində PYD ilə yaxınlaşır. Bu həftə ölkənin şimal-şərqində rus zabitlər Türkiyənin burnunun dibindəki Cerablusa hücum etmək üçün kürd gücləri ilə görüş keçirib. Rusiya, həmçinin, hərbi hava bazası qurmaq istədiyi kürdlərin nəzarətindəki Qamışlıda 200 hərbiçi saxlayır”. Türkiyə və Rusiya rəsmilərinin biri-birini sərt ittiham etmələrinə diqqət çəkən nəşr yazıb ki, Ankara Rusiyanın Qamışlıda hərbi baza yaratdığını, Kreml isə Türkiyənin Suriya sərhədinə böyük qoşun yığdığını dilə gətirir. "Şərq və Qərbdəki torpaqlarının biri-birinə bağlamağa və sərhəd boyunca uzanan təhlükəsiz ərazi yaratmağa çalışan YPG (PYD-nin silahlı gücü - red.) Cerablusa ilk dəfə ötən yazda hücum edib. İndi belə bir bölgəni yarada bilmək üçün ruslar kürdlərə aktiv dəstək verir. Cerablus Rusiya üçün Türkiyənin ayağının altını qazacaq nöqtədir. Məhz, buna görə, Ankara YPG-nin Cerablusa girməsini özü üçün "qırmızı xətt” elan edib”. "Atlantik Şurası” beyin mərkəzinin eksperti Aron Stein isə bildirib ki, Rusiyanın Türkiyə maraqlarına zərbə vurduğu aydın görünür: "Rusiya Türkiyə ilə kürdlər arasındakı qarşıdurmadan yararlanır. Kürdlər bu prosesdə öz maraqlarını güdürlər. ABŞ Rusiya və Suriya rejimi ilə münasibətlərdə ehtiyatla davranır. Hazırda kürdlərin Cerablusa hücum etmək istəkləri ABŞ-ı narahat edir. Çünki Vaşinqton YPG-ni İŞİD-i Rakkadan çıxarmaq üçün planlaşdırılan hücumda istifadə etmək niyyətindədir. Ötən ay Rakka cəbhəsində YPG-nin itkiləri azalıb, lakin Cerablus bölgəsində artıb. Bu kürdlərin diqqəti Cerablusa verdiyini göstərir”. PYD lideri Salih Müslim "Times”a açıqlamasında deyib ki, həm Rakkaya, həm də Cerablusa girməyə hazırdırlar: "Lakin Rakkada daha çox ərəblər var və yalnız kürdlərin ora girməsi onların düşmənçiliyi ilə qarşılanacaq. Buna görə Rakkaya hücum etmək üçün daha çox ərəb müttəfiqlərinə ehtiyacımız var”. O, öncə Cerablusa, yoxsa Rakkaya girməklə bağlı konkret fikrə gəlmədiklərini qeyd edib. "Times” baş verənləri Suriyada Türkiyə-Rusiya müharibəsinin alt bazası olaraq dəyərləndirib.
Cerablus və Azez zolağının 98 km. çərçivədə Türkiyə ilə həmsərhəd olduğunu vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, bu zolağa Türkiyənin "həyat yolu” da deyirlər: "Bu zolaq həm də İraqdan enerjidaşıyıcılarını Ağdəniz, Aralıq dənizinə çıxarmaq üçün də strateji əhəmiyyət daşıyır. Bu ərazi Türkiyənin qırmızı xətti hesab olunur və bunu Rusiya bilməmiş deyil. Ona görə də, Rusiya özünə güvənib bu qırmızı xətti keçərsə, kimliyindən asılı olmayaraq Türkiyə ordusu o gücü məhv edəcək. Ona görə də, Rusiya Gürcüstanda, Ukraynada olduğu kimi sürünən işğal, hibrid savaşı ilə bu əraziləri işğal edib kürdlərə yol açmaq istəyirsə, bu, mümkün olmayacaq. Bunu dünya gücü ABŞ da anlayır və bu prosesin müəyyən mənada içində yer alır. Çünki məhz həmin ərazilərə yaxın bir bölgədə ABŞ yeni bir hərbi baza yaratmağı planlaşdırır. Bəlkə də Rusiyanın qarşısını almaq üçün bir caydırıcı qabaqlayıcı addım olaraq düşünülüb. Ancaq hər bir halda Rusiya əgər bu bölgəyə girsə, yaxud PYD kürd güclərini ora girməyə sövq etmiş olsa, Türkiyənin bunun qarşısını alacağı birmənalıdır. Ola bilsin ki, Rusiya yenə də Türkiyənin qətiyyətini sınağa çəkmək istəyir. Amma Rusiyanın bu məsələdə də təyyarənin vurulub, salınması hadisəsindəki kimi qətiyyətli davranış görəcəyi şübhəsizdir. Bu baxımdan, Rusiyanın belə aqressiv davranışı regionda böyük bir savaş səbəb ola bilər. Ona görə də tezliklə dünya gücü - ABŞ-ın bu məsələ ilə bağlı dövriyyəyə girəcəyi gözləniləndir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi