Səfir Kim Çanq-gyu: “Koreya Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır”“Azərbaycan və Koreya arasında birdəfəlik təyyarə səfərləri olmamağı turizmin inkişafına mane olur”
Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycandakı xarici ölkə səfirləri ilə görüşlərə start verdi.
Qeyd edək ki, belə görüşlər çərçivəsində səfirlərlə silsilə müsahibələr təşkil olunacaq. Geniş müsahibələrin məqsədi səfirliklərin fəaliyyətinin Azərbaycan ictimaiyyətinə çatdırılmasıdır. Belə görüşlərdə məqsəd həmçinin Azərbaycan gerçəkilklərini səfirin dəstəyi ilə onun ölkəsinin mediasına çatdırmaqdan ibarətdir.
İlk görüş Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə baş tutdu. Görüşdə PJB üzvü olaraq "Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu da iştirak edərək, səfirə suallar ünvanlayıb.
- Cənab səfir, Koreya-Azərbaycan diplomatik əlaqələrinin bu günkü durmunu necə qiymətləndirirsiniz?
- 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əməkdaşlıq siyasi sahədə aktiv şəkildə inkişaf etdirildi. Bu dövrdə bir çox dövlət və hökumət rəsmiləri ölkəyə qarşılıqlı səfərlər etdilər. Bunlardan üçü prezidentlərin səfərləri, ikisi baş nazirlərin səfərləri olub. Hər il hökümətlərarası iqtisadi kommisiyanın iclasları və siyasi dialoqlar həyata keçirilir. Ancaq ikitərəfli əməkdaşlığın mövcud potensialını nəzərə alaraq indiyə qədər əldə etdiyimiz nailiyyətlərlə qane olmamalıyıq. Birlikdə çalışaraq əməkdaşlığımızı daha da dərinləşdirməliyik.
Səfirlik olaraq da bu əməkdaşlığı inkişaf etdirmək üçün iqtisadiyyatın 5 əsas sahəsinə fokuslanaraq fəaliyyətini davam etdirir. İki ölkə arasındakı arasındakı əməkdaşlığı inkişaf etdirməkdə diplomatların əsas vəzifəsi əməkdaşlıq mühitini yaratmaqdır. Əməkdaşlıq siyasəti nə qədər uğurlu olsa da mühit uyğun olmasa real nəticələr götürmək çətindir. Səhiyyə, İnformasiya Texnologiyaları, neft kimya sənayesi, nəqliyyat və turizmin də daxil olduğu bu 5 sahədə uğur üçün belə münit şərait və mühitin olduğuna inanıram. İki ölkə dil yaxınlığını əsas götürərək mədəni əmədaşlığa da xüsusi fikir verməlidir. Mədəni əmədaşlıq və qarşılıqlı anlaşmanın iqtisadi əməkdaşlıq üçün də bir növ zəmin yaradacağına inanıram. Konsulluq və viza məsələlərindəki sadələşdirilmə də vacibdir və bu sadələşdirilməyə dəstək olaraq birbaşa reyslərin açılması əməkdaşlığa böyük təkan verəcəyinə inanıram. Diplomatik fəaliyyətimizi belə çoxyönlü və sistemli şəkildə inkişaf etdirməklə ölklərə arasındakı əməkdaşlığa töhvə verəcəyimizdən əminəm.

- Koreya yüksək texnoloji imkanlarına görə tanış ölkədir. Həmçinin hər zaman Seul olimpiadasını xatırlayırıq. Bu günlərdə Seulda baş verən kütləvi aksiya bizi narahat etdi. Bəzi məlumatlara görə, aksiyada 1 milyona yaxın insan iştirak edib. Cənab səfir öz ölkəsində baş verənlərə görə narahatdırmı? Hadisələrin məntiqi sonluğu olaraq hakimiyyət dəyişikliyi baş verə bilərmi?
- Koreyada 1 milyondan artıq insanın aksiya keçirməsi mənim fikrimcə demokratiyanın nə qədər inkişaf etdiyini göstərir. Bu demokratiyanın sübutudur. Koreyada siyasi, iqtisadi və digər sahələrdə dövlət sistematik olaraq qurulub. Bu sistematik uyğunluğa əsasən siz dediyiniz aksiyalar, partiyalar arasında münaqişələr olsa da bunlar dövlətin işinə təsir göstərmir. Dövlət öz aktiv fəaliyyətini davam etdirir. Belə aksiyalar Koreyada birinci dəfə deyil. Bu qarşıdurmalar, aksiyalar ölkənin inkişafına dəstək olmaqla öz həll yolunu tapmış və insanların adi həyatına çox da təsirini göstərməmişdir. Bizdə siyasi mühitdəki problemlərin olması təbiidir. Sistematik olaraq dövlət idarəçiliyi, hökumət tərəfindən problemlərin həlli əsasdır. İndiki dövrə qədər də Koreya təcrübəsi göstərir ki, iqtisadi, siyasi, mədəni sahədə hər hansı belə problem zaman ərzində həll olunur və bu həll yolu da dövlətin inkişafına müsbət yöndə təsir edir.
- Koreya-Azərbaycan iqtisadi münasibətləri barədə də məlumat verməyinizi xahiş edirik. Koreya-Azərbaycan ticarətinin dövriyyəsi nə qədərdir? Neftin qiymətinin aşağı düşməsindən sonra dünyada baş verən iqtisadi-maliyyə böhranın Azərbaycan-Koreya arasında ticarət dövriyyəsinə təsirləri nə dərəcədədir?
- Azərbaycan ilə Koreya arasındakı iqtisadi münasibətlər neftin qiyməti düşməmişdən əvvəl daha yüksək səviyyədə idi. Bu münasibətlərdə Koreyanın Azərbaycanda investisiya qoyuluşu da yüksək idi. Bununla əlaqədar olaraq da 2014-ci ildə qoyulan investisiya ilə hazırkı dövr arasında fərq həddən artıq çoxdur. Azərbaycanla ticarət dövriyyəsi 2014-cü ildə 270 milyon dollar olsa da, 2015-ci ildə azalma müşahidə olunub və bu rəqəm 126 milyon dollara düşüb. Neftin qiymətinin ticarət dövriyyəsinə təsir etməsi bizi də narahat edir. İqtisadi əməkdaşlığın bazası sağlam olmadığına görə ticarət dövriyyəsinin də 40 faizə yaxın aşağı düşməsindən narahat oluruq. Əsaslı iqtisadi münasibətlərin olması şərtdir. Mən də iki ölkə arasında əsaslı iqtisadi əməkdaşlığı əldə etmək üçün çalışıram. Müxtəlif sahələrin inkişafına fikir verirəm. İki ölkə arasındakı münasibətlər indikindən daha yaxınlaşmalıdır. Çünki, bizim əməkdaşlığa çox böyük potensialımız var. İnvestisiya qoyuluşu artırılmalı və fərqli sahələrdə investisiya qoyulmalıdır.
- Koreyanın Azərbaycana yatırdığı investitisiyanın həcmi nə qədərdir? Nüfuzlu Koreya şirkətləri Azərbaycanda hansı sahələrə investitisiya qoymaqda daha maraqlıdırlar?
- Hazırki dövrə qədər Koreyanın Azərbaycana investisiya qoyuluşu təxminən 50 milyon dollara yaxın olub. Amma bu hal hazırda yüksək bir rəqəm deyil. Ancaq bildiyiniz kimi, Azərbaycanda iqtisadiyyatın diversifikasıyası prosesi yeridilməyə başlanılıb. Bu proses çərçivəsində Azərbaycanla ən çox əməkdaşlıq edəcək ölkənin Koreya olduğunu düşünürəm. Koreya iqtisadiyyatı öz gücünə görə dünyada 11-ci yerdədir və bütün sahələrdə rəqabətə davamlıdır. Azərbaycan da öz növbəsində müstəqillik qazanandan bəri iqtisadi sahədə böyük nailiyyətlər əldə edib və mənim fikrimcə iki ölkə öz güclərini birləşdirib birgə fəaliyyətə davam etsə hər iki tərəf böyük xeyir götürə bilər.
- Azərbaycan ilə Cənubi Koreya arasında turizm sahəsinin inkişafı istiqamətində hansı işlər görülür? İki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı hansısa addımlar atılacaqmı?
- Təbii ki, turizm ən vacib sahələrdən biridir. Gərək insanlar bir-birini görsünlər, tanısınlar ki, iki ölkə arasında əlaqələr buna uyğun olaraq inkişaf etdirilsin. Turizm sahəsində əsas rol oynayan təbii ki, viza siyasətinin sadələşdirilməsi idi. Viza verilməsinin sadələşməsi sahəsində bəzi dəyişikliklər edilib. Bu ilin əvvəlindən başlayaraq Koreya vətəndaşları üçün Azərbaycanda Hava Limanında birdəfəlik giriş vizası tətbiq olunmağa başlanılmışdır. Buna cavab olaraq da Koreya hökuməti də Azərbaycan vətəndaşlarına viza verilməsini sadələşdirdi. Əvvəllər Koreya vizası 5 gün ərzində verilirdi, indi isə birdəfəlik qısa müddətli vizalar yalnız bir iş gününə verilir. Koreya vətəndaşlarının Azərbaycana gəliş gedişinin asanlaşdırılmasına görə çox minnətdarıq. Bu proseduraların gələcəkdə daha da asanlaşdırılacağına inanıram. Turizmin inkişafına dəstək verən başqa bir məsələ nəqliyyatdır. Azərbaycan və Koreya arasında birdəfəlik təyyarə səfərləri olmamağı turizmin inkişafına mane olur. Birbaşa reyslərin açılması ilə bağlı bizim səfirliyimiz AZAL ilə görüşlər təşkil edib. Hazırkı statistikaya görə, Azərbaycana gələn koreyalıların sayı 4000 nəfərə yaxın olur. Mənim fikrimcə turizmin inkişafı üçün bu çox zəif göstəricidir. Əgər birbaşa reyslər açılarsa Azərbaycana gələn koreyalıların sayı bir neçə dəfə artar. Koreyalılar çox səyahət edən xalq olaraq da tanınırlar. İl ərzində 20 milyona yaxın koreyalı ölkədən xaricə turizm məqsədi ilə səfərlər edib. Azərbaycanın ətrafındakı Türkiyəyə koreyalı turistlərin daha çox getməsi müşahidə edilir. 1 il ərzində Xorvatiyaya 35 mindən çox koreyalı turist səyahət edib.
- Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalı altındadır. 20 ildən çoxdur ki aparılan sülh danışıqları öz nəticəsini verməyib. Bəs Koreyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?
- Koreyanın belə bir təcrübəsi olduğuna görə Azərbaycanda da müharibənin nəticəsində torpaqlarını itirmiş köçkünlərin ağrılarını çox yaxşı başa düşürük. Qaçqın və məcburi köçkünlərin tez bir zamanda öz torpaqlarına geri qayıtmasını arzu edirik. Səfirliyimizin qaçqın və məcburi köçkünlərlə bağlı tədbirləri olub. Beyləqanda qaçqın və məcburi köçkünlərə bağlı tədbirlər keçirmişik. Hər dəfə onların həyatı ilə maraqlananda mən də pis oluram. Və Azərbaycan xalqını çox yaxşı başa düşürəm. Qaçqın və məcburi köçkünlərə dəstək dedikdə səfirliyimiz tərəfindən onlara tibbi yardım göstərilir, müayinə olunur. Rəsm müsabiqəsi təşkil olunur. Həmçinin məcburi köçkün ailələrinin evlərinə ziyarət olunur. Onlarla söhbətlər aparılır. Səfirliyimiz bu fəaliyyətləri bir neçə ildir davam etdirir. Bununla da Koreya hökuməti Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanında olduğunu və münaqişənin həlli üçün maraqlı olduğunu göstərir. Sadəcə olaraq dəstək tipli tədbirlərdən əlavə infrastruktur cəhətdən məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün addımlar atır. Bu il də Byeləqanda məskunlaşmış xocavəndlilər və Biləsuvarda məskunlaşmış cəbrayıllılar üçün belə dəstək tədbirimiz oldu. Koreya Respublikası olaraq Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq normalarına əsasan sülh yolu elə həllinə ümid edirik.

- Diplomat kimi mövqeyinizi açıqladınız. Bəs Qarabağ məsələsində şəxsi mövqeyiniz necədir?
- Əvvəlcə dediyim fikirlərin çoxu şəxsi fikirlərimdi. Azərbaycanın çətinliklərini çox yaxşı başa düşürəm. Bu problemlər şəxsən məni narahat edir. Azərbaycanın münaqişədəki rolunu dəstəkləyirəm.
- Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq hansı səviyyədədir? Koreyada nə qədər azərbaycanlı tələbə təhsil alır?
- Azərbaycan ilə Koreya arasında təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Hazırda Koreyada 70-dən artıq azərbaycanlı tələbə təhsil alır. Bu tələbələr adətən Koreya Dövlət təqaüd proqramı, tələbə mübadiləsi proqramı və digər proqramlarla Koreyada təhsil alırlar. Tələbələrin Koreyada yüksək göstəricilərlər təhsil aldıqlarını bilirəm, təhsillərini bitirdikdən sonra Koreyada işləyən yaxud Azərbaycana geri dönərək iki ölkə arasında əməkdaşlığa töhvə verdiklərini də deyə bilərəm. Azərbaycanlılar Koreyada yüksək göstəricilərlə təhsil alırlar. Mənim fikrimcə bu da dil yaxınlığımız ilə bağlıdır. Azərbaycanla Koreya arasındakı dil qohumluğu və mədəni oxşarlıqlar Azərbaycanlıların dil öyrənməyini asanlaşdırır. Buna uyğun olaraq da dili yaxşı öyrənib təhsil alırlar. Mən Azərbaycanla birlikdə Gürcüstanda da Koreyanın səlahiyyətli səfiriyəm. Azərbaycanlılarla birlikdə gürcülər də Koreyada təhsil alırlar, dil öyrənirlər. Ancaq gürcülər Azərbaycanlılar qədər uğurlu olmurlar. Azərbaycanlılar qısa müddətdə Koreya dilinə sahiblənirlər. Onların Azərbaycana paxıllığı tutur. Azərbaycanlı tələbələr Koreyada televiziya proqramlarında iştirak edirlər. Bu da Azərbaycanın Koreyada tanınmasına səbəb olur. Bakı Dövlət Universitetində "Koreyaşünaslıq” ixtisası üzrə təhsil alan bir tələbə Koreya haqqında Viktarinaya qatılıb. Fərqli ölkələrdən gələn tələbələr Koreya haqqında biliklərini sınayırlar. Bu müsabiqədə 1-ci yeri Azərbaycanlı tələbə tutdu və televiziyada yayımlandı. Koreyanın milli idman növü olan taekvando da azərbaycanlıların uğurlar əldə etməsinin şahidi olmuşuq. Bunların hamısı Azərbaycanla Koreya arasında münasibətlərin inkişafına səbəb olur.
- Koreyada təhsil alan azərbaycanlı tələbələr ölkənin həyatında rol oynaya bilirlərmi?
- 2009-cu ildən Koreyada yaşayan tələbələr BUTA Azərbaycan Koreya Tələbə təşkilatını yaradıblar. Onlar Koreyada Azərbaycan mədəniyyətinin tanıdılması üçün Azərbaycanın Koreyadakı səfirliyi ilə birgə aktiv şəkildə fəaliyyət göstərirlər.
Anar Bayramoğlu