"Münaqişəyə dair danışıqlar prosesi heç yoxdur" -AÇILMAZ DÜYÜN

Asim Mollazadə: "Ermənistan indiki vəziyyəti qoruyub saxlamaq üçün pozuculuq etməyə həmişə bəhanə tapır. Ona görə, hansısa müqayisədən söhbət gedə bilməz"
"ABŞ və Rusiya münaqişənin həll prinsiplərinə aid təklifləri ayrılıqda təqdim etməyib”.
Bunu "Sherg.az”a ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifləri müqayisə edərkən millət vəkili Asim Mollazadə deyib. 
O bildirib ki, indiyə qədər Minsk qrupu tərəfindən ümumi prinsiplər irəli sürülüb:
"Ermənistan hər vəchlə danışıqlara mane olmağa çalışır, istənilən irəliləyişin qarşısını alır. Əslində danışıqlar prosesi heç yoxdur. Söhbət ondan gedir ki, Ermənistan indiki vəziyyəti qoruyub saxlamaq üçün pozuculuq etməyə həmişə bəhanə tapır. Ona görə, hansısa müqayisədən söhbət gedə bilməz.
Ermənistan müstəqil dövlət deyil. Onun bütün qərarları Rusiya tərəfindən idarə olunur. Ona görə, deyə bilərik ki, bu konteksti öz inhisarına almaq istəyən Rusiya Ermənistanı oyunlarında istifadə edir. Ermənistan müstəqilliyini itirmiş hərbi bazadır”.
Aysel Aslan