Murad Bozun filminə etiraz etdilər: "Tibb bacıları seks obyekti deyil"

Murad Bozun baş rolda çəkildiyi "Dönerse senindir" filmindən yayılan bəzi səhnələr etiraza səbəb olub. Axşam.az-ın Türkiyə mətbuatına istiandən məlumatına görə, dekabrın 23-də təqdimatı olacaq filmdən yayılacaq fotolarda qısa ətək geyinmiş tibb bacıları yer alıb.
Bu fotolar səhiyyə işçilərini əsəbiləşdirib. İzmir səhiyyə qurumunun əməkdaşları bununla bağlı açıqlama veriblər:
"Belə sənəti qəbul etmirik. Müqəddəs olan sənətimizə edilən bu hörmətsizlik qəbuledilməzdir. Bu hədsizlikdir. Bu zamana qədər vicdanla, mərhəmətlə görülən tibb bacılıq işi sənətin, sənətçilərin oyunu deyil. Bu görüntülərə görə üzr istənilməsini gözləyirik. Tibb bacılıq işi seks obyekti deyil".
Qeyd edək ki, M.Bozun bu filmi yanvarda Azərbaycanda nümayişə girəcək. M.Boz özü də Bakıya gələrək qala gecədə iştirak edəcək.