Murayev: "Donbas müharibəsini bitirməliyik"




Donbasdakı silahlı konfliktin sona çatması üçün ölkədə hökm sürən ideologiya dəyişdirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynada prezidentliyə namizəd Yevgeni Murayev deyib.

Murayevin fikrincə sabitliyə nail olmaq üçün xüsusən müharibənin sona çatdırılması məsələsinə diqqət yetirilməlidir. Bundan sonra isə Ukraynanın bütün ərazisində sənayeləşməni geri qaytaracaq və Ukraynanın bütün qonşuları ilə bərabər gücə sahib olmasına zəmin yaradacaq yeni bir ideologiya seçilməlidir.