Musa Yaqubla Ramiz Rövşən quda oldular






Aprelin 15-də tanınmış şairlər - Musa Yaqubun nəvəsi Rüfətlə, Ramiz Rövşənin qardaşı qızı Günayın toy mərasimi olub.
 axşam.az  xəbər verir ki, məclis paytaxtda məşhur şadlıq saraylarının birində baş tutub.
Qeyd edək ki, R.Rövşənin Musa Yaqubla qohum olan qardaşı yazıçı-tərcüməçi Yaşar Əliyevdir.
Mərasimdə Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak ediblər.