“Məhkəmə Azərbaycan tərəfinin iddiasını təmin etməsə belə müəyyən faydaları olacaq”
Müsbət qərarlar gözlənir
07:00 07.06.2018
Arxiv
469
Dilqəm Əsgərova və Şahbaz Quliyevə işgəncə verilməsinə dair sənədlər Avropa Məhkəməsinə təqdim olunub
“Məhkəmə Azərbaycan tərəfinin iddiasını təmin etməsə belə müəyyən faydaları olacaq”
“Məhkəmə Azərbaycan tərəfinin iddiasını təmin etməsə belə müəyyən faydaları olacaq”
"Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan videomateriallar tək Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil. Onların arasında digər yollarla əldə olunmuş görüntülər də var”.
Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. Sədr bildirib ki, əldə edilən materiallar üzərində iş aparılır: "Bu barədə çox ətraflı danışmaq istəmirəm. Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq. Bizim qüvvədə olan qanunvericiliyə əsasən, sübutlar qanuni yolla əldə edilməlidir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir”.
Vəkillər Kollegiyasının narahatlığı ilə bağlı "Şərq”ə danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, Dağlıq Qarabağ qondarma və tanınmayan bir "respublikadır”. Beynəlxalq arenada heç bir statusları yoxdur. Ona görə də bütün məsələlər birbaşa Ermənistan Respublikası ilə həyata keçirilir:
"Bütün beynəlxalq platformalarda, məhkəmələrdə qarşı tərəf kimi Ermənistan çıxış edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da təbii ki, sübutlar rəsmi İrəvan tərəfindən təqdim olunacaq. Əlbəttə, çətin məsələdir. Avropa İnsan Haqları Məhkəməsi həm Azərbaycan tərəfinin işgəncələrlə bağlı təqdim edəcəyi videolara nəzər yetirəcək, həm də Ermənistanın da təqdim edəcəyi materiallara baxacaq. Sonda hansı qərarın veriləcəyini demək, bir qədər tələsik fikir yürütmək olar. Hər halda həm Azərbaycan dövləti, həm Vəkillər Kollegiyası olaraq, həm də vətəndaş cəmiyyəti olaraq çalışacağıq ki, Avropa Məhkəməsində kifayət qədər yüksək səviyyədə iştirak edək. Çalışmalıyıq ki, girovlarımızın tapdanmış hüquqları qorunsun.
Təkcə, onlara işgəncə verilməsi deyil, ümumiyyətlə, girovların qanunsuz olaraq həbs olunması və uzun müddət orada saxlanması məsələləri də qaldırılacaq. Məhkəmə dinləmələrə başlayan kimi aktiv şəkildə orada iştirak edəcəyik”.
Hüquqşünas bəyan edib ki, Avropa İnsan Haqları Məhkəməsi nüfuzlu beynəlxalq platformadır. Belə bir məhkəmədə girovlarımızla bağlı məsələnin qaldırılması problemin dünya ictimaiyyətinə çatıdırlmasına, digər dövlətlərin də məlumatlandırılmasına imkan yaradacaq: "Hətta məhkəmə Azərbaycan tərəfinin iddiasını təmin etməsə belə müəyyən faydaları olacaq. Ən azından beynəlxalq dünyanın diqqətini bu məsələyə yönəldə biləcəyik. Ona görə də bütün səylərimizi birləşdirməliyik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya