Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçildi
15:00 01.07.2021
Arxiv
580
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür.
"Report"un xəbərinə görə, “Mediasiya haqqında” Qanuna uyğun olaraq Mediasiya Şurası yaradılıb, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində mediasiya prosesinin tətbiqinə dair maarifləndirmə və təşviqat işləri aparılır.
Eyni zamanda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul edilib. Avropa İttifaqı ilə birgə layihə həyata keçirilərək mediasiya üzrə təlimçilər hazırlanıb, beynəlxalq ekspertlər cəlb olunmaqla Akademiyada mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.
Layihə çərçivəsində mediasiya təlimlərinə cəlb edilmiş 300-dək namizəd təlimləri uğurla başa vurub və onlara müvafiq sertifikatlar təqdim olunub. Hazırda müraciət etmiş digər şəxslərə mediasiya təlimlərinin keçirilməsi nəzərdə tutulur.
İyunun 30-da Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, qurumun rəhbər orqanına seçkilər keçirilərək İdarə Heyətinin tərkibi formalaşdırılıb.
Hüquq üzrə fəlsəfə doktoru, dosent, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri, Vəkillər Kollegiyasının və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin üzvü Yusif Allahverdiyev və Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya qarşı 32 min sanksiya tətbiq olunub
18:48 06.06.2026
Region
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm