
NARAZILIQ: “Yollarda piyadalarımızın əksəriyyətini Allah qoruyur”
12:26 11.04.2019
Arxiv
576
Elməddin Muradlı: “Piyada keçidi olduqca həssas bir mövzudur. Çünki keçidlərlə bağlı vəziyyət ürəkaçan deyil, onların sayı azdır və normal şəkildə qurulmur”
Bu günlərdə millət vəkili Fazil Mustafa Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı narazılığını bildirib. Deputatın sözlərinə görə, bir neçə aydır ki, piyadalar üçün keçid zolaqları rənglənmir.
"Ölkədə piyada ölümləri baş verərsə, bunun əsas günahkarı heç şübhəsiz Bakı Nəqliyyat Agentliyi olacaq. Zabrat tərəfdə bu zolaqlar artıq çoxdan rənglənmədiyindən, sürücülər elə düşünürlər ki, bu xətlərdə dayanmamaq olar. Dayanacaqlar da çirkab içində. Onları da hər gün yumalı olduqları halda taleyin ümidinə buraxmışlar. Bu agentlikdə kimsə boyaları şəxsi istehlakına yönəltmişsə, Hesablama Palatasını oraya yönəltmək lazım gələcək”.
Deputatın söylədikləri ilə bağlı "Sherg.az”a danışan "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bütün məsuliyyətin agentliyin üzərinə atılmasını düzgün hesab etmir.

Ekspert bildirib ki, BNA piyada keçidlərinin rənglənməsini yeni həyata keçirir: "Əvvəllər bu işə Avtomobil Yolları Dövlət Agentliyi baxırdı. Bakı şəhər İcra Hakimiyyəti də vaxtilə bu prosesə nəzarət edib. Guya həmin qurumların vaxtında hər şey mükəmməl idi? O zaman da müəyyən problemlər olurdu. Piyada keçidlərini rəngləyirdilər və 2 aydan sonra baxırdın ki, rəng yoxa çıxıb. Belə problemlər bitib tükənən deyil.
Biz BNA-dan çox şey gözləyirik, onlar bütün problemləri həll edə bilmirlər. Agentliyin maddi-texniki bazası ilə maraqlanmaq lazımdır. Keçidlərin rənglənməsi üçün xüsusi aparatların alınmasına ehtiyac var. Bəs, bu aparatlar varmı? Əlbəttə, yox. Yəqin ki, BNA piyada keçidlərinin boyanmasını hansısa şirkətlərə sifariş verir.
Başa düşürəm agentliyə qarşı ittihamlar olmalıdır və bunu normal qəbul etmək lazımdır. Sağlam tənqidi hər bir qurum qəbul etməlidir. Agentliyin rəhbəri bəzi nöqsanlar olduğunu etiraf edir və sağlam tənqidin tərəfdarı olduğunu deyir. Məsələn, BNA tərəfindən mənə də cərimə yazılmışdı. Belə çıxır ki, mən də agentliyi söyməli və ya tənqdi etməliyəm?”.
E.Muradlı yol hərəkətinin təşkili ilə bağlı çatışmayan məqamların olduğunu və bunun üçün müəyyən təkliflər verdiyini bildirdi:
"Piyada keçidi olduqca həssas bir mövzudur. Çünki keçidlərlə bağlı vəziyyət ürəkaçan deyil, onların sayı azdır və normal şəkildə qurulmur. Keçidlərin normal qurulmamağı bir yana rənglənmə işləri vaxtı-vaxtında aparılmır. Bəzi yerlərdə keçid var, amma nişan yoxdur. Yollarda piyadalarımızın əksəriyyətini sadəcə Allah qoruyur.
Yol təsərrüfatında bu qədər məsuliyyətsizlik, özbaşınalıq, laqeyd yanaşma hər birimizi narahat edir. Başı çıxmayan savadsız bir fəhlənin əlinə boyanı verirlər ki, gedib hansısa yerə düz xətt çəksin. Fəhlə nə bilir ki, orada düz xətt neçə metrdən bir çəkilməlidir? Ona görə də yollarımız məsuliyyətsiz insanların əlindədir. BNA son 1 ildir ki, yolların nişanlanması işinə baxır. Əvvəllər isə başqa qurumlar bu işə nəzarət edirdi. Lakin dəyişən heç nə yoxdur. Təəsüflər olsun ki, yaxşıya doğru gedən bir halda baş vermir. Amma bütün günahı BNA-nın üzərinə atmağı da düzgün hesab etmirəm”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət