Nardarana təyin edilən qazıya əlavə səlahiyyətlər verilib
21:24 17.02.2016
Arxiv
1161
BU, QMİ-nin qəsəbəyə nəzarətini artıracaq
Qafqaz Müsəlmanları İdarəsi axund Hacı Musa Qasımovu Nardaran qəsəbəsinə baş qazı təyin edib. Təyinatla bağlı açıqlama verən yeni qazı bildirib ki, o, Sabunçu rayonu ərazisində ümumilikdə 39 məscidə nəzarət edəcək.
Konkret Nardaran qəsəbəsinə gəlincə isə burada bir icma fəaliyyət göstərəcək: "Rayondakı məscidlərə axundlar təyin olunacaq. Nardarandakı 8 məscidə isə ümumi qaydada nəzarət edəcəyik. Xeyli savadlı-diplomlu yoldaşlar var. Çalışacağıq ki, onlar məscidlərdə axundluq etsinlər”. Məlumat üçün deyək ki, Bakıda ilk dəfə olaraq qazılıq institutu yaradılıb. Qəsəbədə aparılan dini islahatlarla bağlı "Şərq”ə açıqlama verən ilahiyyatçı Seyid Camal Əzimbəyli deyib ki, Nardaranda Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlar Komitəsi ilə paralel iş aparır: "Bir müddət öncə Komitə sədri Mübariz Qurbanlının Nardaran icması ilə görüşü çox təqdirəlayiq hal idi. Artıq proseslər yoluna qoyulub. Düşünmürəm ki, Nardaranda yenidən Azərbaycanın dövlət maraqlarına zidd olan proseslər başlasın. Çünki qəsəbədə dövlətçiliyimizə, milli dəyərlərimizə bağlı olan çox dəyərli ağsaqqallar, ziyalılar var. Bildiyim qədər Nardaranın böyük əksəriyyəti bu məsələdə yekdil mövqedədir. Ümumi anlamda razılaşma əldə olunub. Eyni zamanda qəsəbəyə təyin edilən qazıya əlavə səlahiyyətlərin verilməsi də QMİ-nin Nardarandakı nəzarətini artıracaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat