Nardaranın yeni qazısi: "39 məscidə nəzarət edəcəyik"
10:31 16.02.2016
Arxiv
832
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacıallahşükür Paşazadə tərəfindən Nardaran qəsəbəsinə qazı vəzifəsinə təyin edilən Hacı Musa Qasımov görəcəyi işlərlə bağlı Lent.az-a açıqlama verib. M.Qasımov bildirib ki, o, Sabunçu rayonu üzrə baş qazı vəzifəsini icra edəcək:
"Sabunçu rayonu ərazisində ümumilikdə 39 məscid var və biz bunalara nəzarət edəcəyik. Konkret Nardaran qəsəbəsinə gəlincə, burada bir icma fəaliyyət göstərəcək. Bu icma da Rəhimə xanım ziyarətgahında yerləşəcək. Nardarandakı digər 8 məscidə isə ümumi qaydada nəzarət edəcəyik".
M.Qasımov əlavə edib ki, daha əvvəl Sabunçu rayonu üzrə qazı olmayıb. Bir müddət əvvəl isə Qafqaz Müsəlmanları İdarəsi Hacı Məhəmmədi bu rayon üzrə qazı təyin edib: "Biz Hacı Məhəmmədlə birgə işləyəcəyik. Həmçinin rayondakı məscidlərə axundlar təyin edəcəyik. Xeyli savadlı-diplomlu yoldaşlar var, çalışacağıq onlar məscidlərdə axundluq etsinlər".
Qeyd edək ki, Bakıda ilk dəfədir ki, hər hansı rayonda qazılik institutu yaradılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat