NATO baş katibinin müavini: “Dağlıq Qarabağla bağlı gərginlik tezliklə aradan qaldırılmalıdır”





 "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik tezliklə aradan qaldırılmalı və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi alında diplomatik irəliləyişə nail olunmalıdır”.
APA-nın məlumatına görə, bunu NATO baş katibinin müavini Aleksandr Verşbou Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanla görüşünün yekununa dair özünün "Twitter” səhifəsində yazıb.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz.