NATO-dan Ankara teraktına - Reaksiya






NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada baş verən terror aktını pisləyib.
Axar.az xəbər verir ki, Stoltenberq Ankaranın mərkəzində hərbçiləri daşıyan avtobuslara edilən hücumları qətiyyətlə qınadığını bildirib.
"Yaxınlarını itirənlərə və türk xalqına başsağlığı verirəm. Bu cür hücumlar heç bir halda qanuni hesab edilə bilməz. NATO müttəfiqləri terrorla mübarizədə çiyin-çiyinədir", - Stoltenberqin başsağlığında qeyd edilib.