NATO rəsmisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”
06:08 17.09.2017
Arxiv
458
Avropa İttifaqı Türkiyənin üzvlüyü məsələsinə ehtiyatla yanaşmalıdır və bu ölkənin heç vaxt Aİ üzvü olmayacağı kimi bəyanatlar verməməlidir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.
"Bir vaxtı qəbul etmək çox vacibdir: əgər hər hansı ölkə Avroatlantik və Avropa qurumlarına üzv olmağa can atırsa, perspektivi və mümkün zaman çərçivələrini saxlamaq vacibdir ”, deyə T.İldem bildirib.
Onun sözlərinə görə, "Türkiyənin üzvlüyü ilə əlaqədar danışıqlardakı hazırkı vəziyyət ölkədə narazılıq və məyusluğu xeyli artırıb”.
"Türkiyə Aİ-yə üzv olmaq niyyətini hələ 1963-cü ildə bəyan edib və o vaxtdan da blokun kandarında qalmaqdadır. Belə hallarda üzvlük məsələsinə ehtiyatla yanaşmaq, düşünürəm ki, daha müdrik addım olardı. Həmin ölkələrin əhalisi arasında bu bloklara heç vaxt üzv olmayacağına dair əminlik yaratmaq olmaz”, - deyə T.İldem qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya