NATO Suriyaya girir
20:45 08.02.2016
Arxiv
753
Merkellə Davudoğlu razılaşdı
Almaniyanın federal kansleri Angela Merkelin Türkiyəyə rəsmi səfəri başlayıb. AzVision.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Ankarada A. Merkeli qəbul edib. Görüşdən sonra mətbuat konfransı keçirilib.
Suriyada yaranmış vəziyyətdən ciddi narahat olduqlarını deyən Ə. Davudoğlu bildirib ki, heç kim Türkiyənin təkbaşına mühacirlər məsələsini öz üzərinə götürməsini gözləməməlidir:
"Sərhədimizdə 30 minə yaxın suriyalı gözləyir. Kimsə "Türkiyə onsuz da suriyalı qaçqınları qəbul edir” deyə düşünərək açıq bir etnik qırğın olan Rusiya bombardmanlarını normal qarşılaya bilməz. Hörmətli Merkel də məsələnin sadəcə Türkiyənin problemi olmadığını dəfələrlə söylədi”.
Almaniyanın federal kansleri isə bildirib ki, Rusiyanın mülki əhaliyə hücumları yol verilməzdir: "Minlərlə insan rus bombardmanlarından qaçmaq məcburiyyətində qalıb. Rusiya mülki insanlara qarşı hər cür hücumu dayandıracağını açıqlamışdı. NATO toplantısında da bunu müzakirəyə çıxaracağıq. Mühacirlərin geri qayıtması üçün işlər görüləcək.
Mümkün qədər kvota ayıraraq bəzi suriyalıların Avropaya gəlməsini təmin edəcəyik. Lakin bu, Türkiyədəki bütün qaçqınları qəbul edəcəyimiz mənasını vermir. Suriyalılar üçün vətənlərinə, evlərinə yaxın olmaq da vacibdir”.
Merkel Avropa İttifaqının qaçqınlar problemini həll etmək üçün Türkiyəyə ayırdığı 3 milyard avroluq yardımın ödənilməsinin sürətləndirilməsini istədiklərini vurğulayıb.
Ə. Davudoğlu da bu həftə NATO müdafiə nazirlərinin toplantısında NATO-nun qaçqınlar məsələsinə müdaxilə etməsi üçün Almaniya ilə birlikdə məsələ qaldıracaqlarını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat