"Normal çalışan elektron xəritələrdən istifadə edilsə, vətəndaşlar bu problemlərlə nadir hallarda üzləşərlər. Naviqatorlardakı səhvlərin bir səbəbi də internetin keyfiyyəti ilə bağlı olur. Mobil internet zəif olduqda, fasilələr yarandıqda istifadəçinin işarələdiyi yerdə və ya hazırda dayandığı məkanda gecikmələr olur, təhriflər yer alır”.
Naviqatorlardakı nöqsanlardan şikayətlər artır - Bazaları zəif və köhnə olur
11:12 06.06.2018
Arxiv
840
Son vaxtlar elektron xəritələrdən, naviqatorlardan istifadə edən vətəndaşlar bu sistemdəki nöqsanlardan şikayətlənirlər. Xüsusilə, elektron xəritədən daha sıx yararlanan taksi sürücüləri
xəritədə göstərilən ünvanların düz gəlmədiyini, 100-500 metrə qədər yanlışların olduğunu iddia edirlər.
Bu problemin səbəblərini "Sherg.az”a izah edən İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu isə problemin həmin mobil tətbiqlərin özü ilə bağlı olduğunu söyləyib.
Mütəxəssis deyib ki, naviqatorların bir çoxlarının bazaları zəif və köhnə olur:
"Normal çalışan elektron xəritələrdən istifadə edilsə, vətəndaşlar bu problemlərlə nadir hallarda üzləşərlər. Naviqatorlardakı səhvlərin bir səbəbi də internetin keyfiyyəti ilə bağlı olur. Mobil internet zəif olduqda, fasilələr yarandıqda istifadəçinin işarələdiyi yerdə və ya hazırda dayandığı məkanda gecikmələr olur, təhriflər yer alır”.C.İsmayıloğlu əlavə edib ki, vətəndaşlar bir çox hallarda elektron xəritədən düzgün istifadəni bilmirlər:
"Taksi sürücüləri, taksi sifariş edən vətəndaşlar, xəritə istifadəçiləri dayandıqları yeri işarələmirlər. Məsləhət odur ki, dayandıqları məkanda rahat tapılan, xəritədə simvol ilə işarələnmiş yerləri seçsinlər. Məsələn, avtobus dayanacaqlarını, müxtəlif obyektlərin, tanınmış binaların qarşısını qeyd etsələr, qarşı tərəf rahatlıqla tapa bilər. Belə məkanlarda elektron xəritələr də nadir hallarda səhv edirlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol