Nazir müavini: “Azərbaycanda valideyn himayəsindən məhrum 1000-dən çox uşaq var”
08:40 03.03.2020
Arxiv
461
“Hazırda Azərbaycanda valideyn himayəsindən məhrum olan 1000-dən çox uşaq var ki, onların da yalnız 40-50-si övladlığa verilmək üçün münasibdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, övladlığa götürülmə ilə bağlı edilən müraciətlər daha çox böyük şəhərlərin payına düşür: “Biz düşünürük ki, bu şəhərlərdə valideyn himayəsindən məhrum olan uşaqların sayı daha çoxdur.
Faktiki olaraq bu uşaqlar valideynləri tərəfindən atılıb, amma hazırda onların övladlığa götürülməsi üçün bəzi hüquqi addımlar atılmalıdır. Bu uşaqların övladlığa götürülməsinin mümkün olması üçün sənədlər qaydaya salınmalıdır”.
Nazir müavini qeyd edib ki, son illər ərzində ildə 700-800 uşaq övladlığa verilib. Lakin keçən il övladlığa verilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğu üçün bu say azalaraq 140-a enib.
A.Kərimov deyib ki, ötən il noyabrın 1-dən (ƏƏSMN-də övladlığa götürülmə ilə bağlı altsistem fəaliyyətə başlayıb) bu günə qədər 400-dən artıq vətəndaş övladlığagötürmə ilə bağlı müraciət edib.
Nazir müavini əlavə edib ki, Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya