Nazir müavini: "Bütün sahələri vergidən azad etsək, vergilər haradan daxil olacaq?"
11:48 10.02.2016
Arxiv
661
"Kənd təsərrüfatı sahəsinə tətbiq olunan vergi güzəştləri nəticəsində 2 milyard manat vəsait bu sahədə çalışanların sərəncamında qalıb". "APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı sahəsinin bütün vergilərdən azad olunduğunu xatırladan S. Ələkbərov qeyd edib ki, burada məqsəd fermerlərin öz fəaliyyətini daha da genişləndirməsinə şərait yaratmaqdır.
Nazir müavini digər sahələrə vergi güzəştləri edilməsi məsələsinə də toxunub: "Vergi güzəştləri taktiki bir gedişdir. Bu və ya digər mərhələdə sahibkarların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün onlara əlavə imkanlar verir. Bilirsiniz ki, buğda, un və bu məhsullardan hazırlanan məmulatlar ƏDV-dən azad olundu. Başqa azadolmalar da var. Müəyyən mərhələdə bu addımlar atılır. Bütövlükdə biz bir şeyi bilməliyik ki, əgər biz bütün sahələri vergidən azad etsək, onda vergilər haradan daxil olacaq? Bizim həkimlər, müəllimlər, hərbçilər haradan maaş alacaqlar? Bu məsələlərə dövlət çox ehtiyatla yanaşır. İnkişafın hansısa mərhələsində bu cür addımlar müvəqqəti xarakter daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat