Nazir PUA Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak edib
09:01 28.12.2018
Arxiv
645
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş Pilotsuz Uçuş Aparatları Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak ediblər.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinə məruzə olunub ki, mərkəzin əsas məqsədi Azərbaycan Ordusunun arsenalında olan müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üzrə yüksək peşəkar kadrların hazırlanmasıdır. Qeyd edilib ki, tədris mərkəzində quraşdırılan ən müasir avadanlıqlar və trenajorlar, həmçinin keçirilən nəzəri və praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUA-ların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir.
Bildirilib ki, mərkəz elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
Mərkəzin anqarında saxlanılan yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən Müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə olunub.
Sonra Müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq