Nazirlik rəsmiləri aydınlıq gətirməlidir ki...
09:36 01.08.2018
Arxiv
737
Dövlət xəstəxanalarında niyə dərman təchizatı yoxdur
Ayşən Məmmədli adlı feysbuk istifadəçisi şəxsi səhifəsində Qarayev adına 2 saylı uşaq xəstəxanasının fəaliyyətini kəskin tənqid edib. Şikayətçi xanımın iddiasına görə, xəstəxanadakı həkim kontingentinin özbaşınalığı və kobudluğu sərhəd tanımır.
Azərbaycan səhiyyəsinin ona həyatının şokunu yaşatdığını vurğulayan A.Məmmədli Qarayev adına uşaq xəstəxanasının hansı məqsədə qulluq etdiyindən baş aça bilmədiyini deyib:
"Əkizlər səhər tezdən qaytarmağa başladı deyə, Qarayev adına 2 saylı uşaq xəstəxanasına apardıq. Xəstəxanaya daxil olduğumuz andan həkimlər bütün aqressiyalarını üstümüzə tökməyə başladı. Uşaqlar əlimizdə göyərir, mən şokdayam, həkimlər isə pul davası aparır. Nə isə ödəniş etdik, palataya yazdılar. Əsl konsert də elə orada başladı. Körpənin damarına düşə bilmirlər. Bütün dərmanları yazdılar, aldıq. Bir nəfərin ağlına gəlməyib ki, venadaxili kateter (vazafix) yazsınlar. Körpələri deşik-deşik etdilər, biri göyərdi, qıcolma tutdu, uşağın ayağını buraxmırlar ki, qorxmayın qırılmaz. Sonra mənə təklif etdilər ki, bizdə vazafix var, ancaq ödənişini edin qoşaq. Allahım, bu əvvəldən ağıllarına gəlmir? Belə vəziyyətdə belə pulmu düşünürlər? Yenə də damara düşə bilmədilər, reanimasiya şöbəsinə apardılar, bizi içəri buraxmırlar ki, pul verin qoşaq. Nə olar, birinci insan canını düşünsəniz? İmkanı olmayanlar ölsün? Savadsız yığını yenə damara düşə bilmədi. Axırda uşağı götürüb özəl klinikaya apardıq. Guya ora savadlı, inandığımız bir həkimin məsləhəti ilə getmişdik”.
Tibb eksperti, professor Adil Qeybulla isə "Şərq” qəzetinə açıqlamasında deyib ki, uşaqların vena damarına düşmək bir qədər çətin olduğu üçün burada həkimləri ittiham etmək doğru yanaşma deyil:
"Düzdür, təcrübəli həkimlər və tibb bacıları uşaqların damarına düşməkdə o qədər də çətinlik çəkməməlidir. Ancaq uşaqların psixoloji prototipi də nəzərə alınmalıdır. Bəzi uşaqlar həddindən artıq həyəcanlı olur və qorxduğu üçün bərk qışqırır. Belə uşaqların qolunu tutub, damarına düşmək problem olur. Venaya düşmək məsələsi sadəcə bizdə çətin deyil. İsrail, Amerika kimi inkişaf etmiş ölkələrdə belə bu cür texniki problemlər olur. Hətta xarici ölkələrdə vena damarını göstərən xüsusi aparatlar var. Onların köməyi ilə vazafix damara yeridilir”.
Xəstəxanada dərmanların və vazafixin pasiyentlərə pulla satılmasına gəldikdə isə A.Qeybulla hesab edir ki, bu kimi şikayəti olan şəxslər müvafiq quruma müraciət etməlidirlər: "Dövlət xəstəxanalarında yaşanan texniki problemlər, təchizat və peşəkarlıq sahəsində mövcud olan çatışmazlıqlar, təcrübəsizliklə yanaşı pasiyentlərin emosionallığı da mübahisələrə yol açır.
Sözügedən xəstəxanada konkret nə baş verib, deyə bilmərəm. Ancaq nazirlik rəsmiləri aydınlıq gətirməlidir ki, dövlət xəstəxanalarında niyə dərman təchizatı yoxdur.
Bu cür şikayətlərin araşdırılması, sistemləşdirilməsi, bununla bağlı qərar çıxarılması və ya problemin aradan qaldırılması səlahiyyəti Səhiyyə Nazirliyinə məxsusdur. Ona görə də, bu kimi şikayətləri olan şəxslər oraya müraciət etməlidirlər. Bilirsiniz ki, hazırda dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olaraq həyata keçirilir. Xəstəxanada olan həkimlər də oranın imkanları daxilində peşəkar yardım göstərməlidirlər. Özəl xəstəxanalar üçün bu tip şikayətlərin əsası yoxdur, çünki onlar pullu tibb müəssisələridirlər. Amma dövlət xəstəxanaları haqqında edilən belə şikayətlərə baxılmalıdır. Müraciət edən şəxsin nə dərəcədə haqlı olduğunu Səhiyyə Nazirliyinin müvafiq qurumları araşdırmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya