Nazirlik təkzib etdi: “Azərbaycanda “donuz qripi”nə yoluxan yoxdur”




Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb. Medicina.az saytının məlumatına görə, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə Sherg.az-a açıqlamasında ÜST tərəfindən yayılan məlumatın əsassız olduğunu deyib.

Azərbaycanda "donuz qripi”nə yoluxma halının qeydə alınmadığını vurğulayan S. Əhmədova nazirlik tərəfindən heç bir yerə nümunə göndərilmədiyini qeyd edib: "Bilmirəm, Təşkilat necə və nəyə əsasən belə bir məlumat yayıb. Hazırda ölkədə А/H1N1 virusuna yoluxma halı müşahidə olunmur, ÜST-ün yaydığı məlumat tamamilə yanlışdır”.

Şəymən