Nə alan razıdır, nə satan...
21:33 15.02.2016
Arxiv
1186
Novruz bayramı gəlir, bazarda qiymətlərə nəzarət gücləndirilməlidir
Novruz Bayramının yaxınlaşması ilə əlaqədar artıq bazarlarda qiymət artımı hiss edilir. Bahalaşma, əsasən kartof, xiyar, pomidor, qoz, fındıq, üzüm və digər bu kimi kənd təsərrüfatı məhsullarında hiss olunur. Qeyd edək ki, satıcılar qiymət artımının həm mövsümlə, həm də bayramın yaxınlaşması ilə əlaqədar olduğunu deyib. Satıcılar, həmçinin dollar qalxdıqdan sonra ən çox xaricdən gətirilən məhsullarda bahalaşma olduğunu bildiriblər.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının nisbətən bahalaşması, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə də görünür. Komitənin məlumatına görə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz bahalaşıb. Yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2 faiz bahalaşıb. Komitənin açıqlamasında bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətlərində bahalaşma qeydə alınıb. Həmçinin, heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb. Digər məhsulların qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb. Azərbaycanda ötən il dekabrın 21-də baş verən devalivasiyadan sonra ərzaq və kənd təsərrüfatı məhsullarında bahalaşma baş verib. Bahalaşmadan sonra Prezident İlham Əliyevin tapşırıqları əsasında İqtisadiyyat Nazirliyi Baş Prokurorluqla birgə süni qiymət artımına qarşı mübarizəyə başladı. Nəticədə qiymətləri süni şəkildə qaldıran bir neçə nəfər həbs edilib. Ölkədəki bahalaşma prosesini şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, ərzaq və kənd təsərrüfatı mallarının bahalaşmasına əsas səbəb bu məhsulların inhisarda olmasıdır: "Dünya bazarında kənd təsərrüfatı mallarının qiyməti sürətlə enir. Azərbaycan dünya bazarından təcrid olunduğu üçün bizdə vəziyyət əksinədir. Daxili bazar və idxal inhisara alındığından ölkəyə malın idxalı və topdansatışı, pərakəndə satış şəbəkələri müəyyən dairələr tərəfindən idarə olunur. Ona görə də, bizdə idxal inhisarda olduğu üçün qiymət enmələri baş vermir. İdxal liberal deyil və liberal olardısa, istənilən sahibkar xaricdən mal-məhsul gətirərək ölkədə nisbətən aşağı qiymətə sata bilərdi. Rəqabət mühiti yoxdur və bunun da səbəbi inhisarçılıqdır. Dövriyyənin hesabına deyil, daha çox malın, məhsulun qiymətini artırmaqla gəlir əldə etmək istəyirlər. Yəni məqsədlərinə bununla nail olurlar. Əvvəllər də belə hallar olurdu. Dünya bazarında çoxsaylı məhsulun qiyməti bizdəkindən ucuz idi. Yanvar ayında ölkəyə idxal olunan məhsulların dəyər ifadəsində 70 faizə qədər azalma var. Daxildə isə Azərbaycan əhalisinin tələbatını ödəyə biləcək qədər kənd təsərrüfatı və ərzaq malları istehsal olunmur. Xüsusən də, Novruz bayramında, çərşənbələrdə istifadə olunan məhsullar bizə xarici ölkələrdən gətirilir. Bizdə pardoks təşkil edən bir məsələ də alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəğmən məhsulların qiymətinin artmasıdır. Əslində, qiymətin müəyyənləşməsi Azərbaycanda uzun müddət mövcud olamayan bazarın ixtiyarına buraxılıb. Bazarda da bir çox hallarda sahibkarlar, satıcılar asanlıqla manipulyasiya edərək qiymətlərə təsir edə bilirlər. Yəni, qiymətləri yaranmış vəziyyətə uyğun olaraq çox asanlıqla artıra bilirlər. Hər il bayram günləri ərəfəsində kənd təssərrüfatı və ərzaq məhsullarının qiymətinin qalxması ənənə halını alıb. Bu vəziyyətin yaranmasının bir səbəbi də Azərbaycanda ticarət obyektlərinin sayının anormal dərəcədə çox olması ilə bağlıdır. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün dövriyyə zəif olur, belə halda isə satışı həyata keçirən sahibkarlar daimi gəlir əldə edə bilmir. Adi günlərdə gəlir əldə edə bilməyən sahibkarlar da bayram ərəfəsində qiymətləri artıraraq daha çox gəlir əldə etməyə çalışırlar”. V. Məhərrəmovun sözlərinə görə, istehsal problemi həll olunmadıqca bahalaşma tendensiyası davam edəcək. Bunun qarşısını inzibati qayda ilə almaq mümkün deyil. Yeganə yolu ölkədə münbit sahibkarlıq mühitinin yaradılmasıdır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat