Nə gözləri vardı, nə də burnu...

Həyatı Facebook ilə dəyişdi
Üst çənəsində qüsuru olan, gözləri və burnu olmadan, üzünün orta yerində bir boşluqla doğulan Yəhya Əl Jabalyeni ailəsi illərcə çölə çıxara bilmədi.
Ancaq vəziyyəti bir gün, yoldaşlarından birinin atası tərəfindən Facebooka daşındı. Gözləri və burnu olmadan, üzünün orta yerində bir boşluqla dünyaya gələn 3 yaşlı Yəhya Əl Jabalyın həyatı, Facebookda bir paylaşma ilə dəyişdi. Yəhyanın şəkilinin altında vəziyyəti yazılmışdı və kömək istənilirdi. Bu şəkil milyonlarla adam tərəfindən paylaşıldı. Yəhyaya əl uzadan adam isə Avstraliyadan xərçəng xəstəsi olan bir qadın oldu. Fatima Baraka adlı qadın döş xərçəngiylə mübarizə edirdi və daha maraqlısı o idi ki, Yəhyanın yaşadığı kəndə qonşu bir kənddə dünyaya gəlmişdi. Əvvəlki günlərdə onu əməliyyat edəcək həkimi axtardı. Daha sonra Yəhyanı gördü. Sonrasında onu Melbourneyə gətirdi və əməliyyat edilməsini təmin etdi. Fatima Baraka, "Onun da digər uşaqlar kimi gözəl və parlaq bir gələcəyi olması lazımdır. İndi normal bir uşaq kimi görünür və hər keçən gün daha da yaxşı olur " deyir. Onu ilk gördüyü zaman şok olduğunu, ancaq bu uşağa qarşı fərqli, qəribə bir eşq hiss etdiyini söyləyən Baraka, Yəhyanın çox yaxşı bir potensialı olduğunu ifadə etdi.
Həkimi Tony Holmes isə əməliyyatın çox böyük riskləri olduğunu və uşağı əməliyyat edib, etməmək üzərinə çox düşündüklərini ifadə etdi. Dr. Holmes, "Əgər onu əməliyyat etməsəydik yaşayacaqdı, amma etdiyimizdə həyatını itirmə riski vardı, yenə də daha normal bir həyatı olması üçün bu riski gözə altına alıb, qərar verdik və 18 saatlıq bir əməliyyat reallaşdırdıq” deyə bildirib.