“Nə qədər tez getsə, o qədər yaxşıdır”

“Tural Abbaslı nəhayət, müsavatçı olmadığını etiraf etdi”



"May ayında "Ağ blok”un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik”.
Bunu Müsavat Partiyası başqanlığına sabiq namizəd, "Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib. O bildirib ki, blokun partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda elan olunacaq: "Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük”. T.Abbaslı Müsavatdakı aqibətlərinə də aydınlıq gətirib. O deyib ki, blok üzvlərinin adları Müsavat Partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər: "Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat Partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır”.

Tural Abbaslının partiyadan istefa verəcəkləri barədə fikirlərini "Şərq”ə şərh edən başqan müavini Elman Fəttah deyilənləri ironik qaşılayıb: "Tural Abbaslı tamamilə düz deyir. Mən sevinirəm ki, nəhayət, o, müsavatçı olmadığını etiraf etdi. Partiyadan getməsinə də normal baxıram. Nə qədər tez getsə, bir o qədər yaxşı olar”.

İsmayıl