Neft 75 dollara qalxacaq – ABŞ bankı




Bu ilin sonunda "Brent” markalı neftin qiyməti 62,5 dollara qədər bahalaşacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın "Morqan Stenli” bankının analitikləri yayıblar.

Analitiklər bu ilin ikinci rübündən etibarən dünyada neft ehtiyatlarının azalacağını bildirib. 2017-ci ilin sonların doğru əldə olunmuş qiymət 2018-ci ildə də öz varlığını qoruyub saxlayacaq. 2019-cu ilin sonuna yaxın qiymətlər 70 dollara, 2020-ci ildə isə 75 dollara qədər artacaq.