Putin Rusiya-Çin münasibətlərini qiymətləndirdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında münasibətlərin “bənzərsiz dərəcədə yüksək səviyyədə” olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Putin bu barədə Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Çin Prezidenti Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edib.

Rusiya liderinin sözlərinə görə, iki ölkə müxtəlif sahələrdə iri birgə layihələr həyata keçirir və beynəlxalq məsələlərdə səylərini əlaqələndirir.

Putin daha əvvəl Rusiya və Çinin əməkdaşlığının, xüsusilə beynəlxalq təhlükəsizlik sahəsində, “unikal xarakter daşıdığını” vurğulayıb.