"AİB ilə yanaşı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər təşkilatlar Azərbaycanda iqtisadi artım tempinin davam edəcəyini proqnozlaşdırırlar. Neftin bazar qiymətləri və qeyri-neft sektorunun mövcud durumu gələcək illərdə artım proqnozları üçün müsbət stimuldur. Neftin bazar qiyməti hər barel üçün büdcədə nəzərdə tutulandan təxminən 30 dollar çoxdur. Bu isə büdcə gəlirlərinin artmasına şərait yaradır”.
"Neftin qiyməti büdcədə nəzərdə tutulandan 30 dollar çoxdur" - Gəlirlər artır
12:08 12.04.2018
Arxiv
1424
"Asiya İnkişaf Bankı (AİB) kimi etibarlı qurumun Azərbaycanda növbəti illərdə iqtisadi artım proqnozlaşdırması müsbət haldır”.
Bunu "Sherg.az”a AİB-in 2018-2019-cu illərdə Azərbaycan üçün səsləndirdiyi proqnozlara münasibət bildirərkən iqtisadçı -ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatında artım göstəriciləri tək daxildə deyil, beynəlxalq təşkilatlarda da Azərbaycan haqqında müsbət proqnozların hazırlanmasına imkan yaradır:
"AİB ilə yanaşı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər təşkilatlar Azərbaycanda iqtisadi artım tempinin davam edəcəyini proqnozlaşdırırlar. Neftin bazar qiymətləri və qeyri-neft sektorunun mövcud durumu gələcək illərdə artım proqnozları üçün müsbət stimuldur. Neftin bazar qiyməti hər barel üçün büdcədə nəzərdə tutulandan təxminən 30 dollar çoxdur. Bu isə büdcə gəlirlərinin artmasına şərait yaradır”.İqtisadçı 2018-ci ilin sentyabr ayında istifadəyə veriləcək TANAP və 2019-da hazırlanacaq TAP layihələrini xatırladıb:
"Nəticə etibarı ilə mövcud layihələrə verilən dəyəri, götürülən gəliri və iqtisadiyyatda irəliləyişləri müqayisə etsək, proqnozların reallığı əks etdirdiyini söyləyə bilərik. Güman ki, Azərbaycan 2018-ci il də daxil olmaqla növbəti illərdə iqtisadi artım tempini qoruyub saxlayacaq. Xüsusilə, 2019-cu ildən sonra daha sürətli iqtisadi artım müşahidə edə bilərik”.
Qeyd edək ki, "Asiya İnkişaf Bankının (AİB) "Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatına görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,7%-ə, 2019-cu ildə isə 2%-ə yüksələcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya