Nəhəng dovşan...

Dara ildə 4 mindən çox kök yeyir



Dara adlı dovşan 21 kiloqram ağırlığındadır və nəhəng ölçüsüylə hər kəsi heyrətə salır.

Ginessin Rekordlar Kitabına görə dünyanın ən böyük dovşanı olan Dara ildə 4 mindən çox kök yeyir. Dovşanın sahibi Annette Edvards üçün illik kök xərci 2 min sterlinqdir. Dovşanı çətinliklə

qucağına alan 6 yaşlı Mia ilə Daranın birlikdə görüntüləri olduqcf maraqlıdır. Dev dovşan eynilə bir ev iti kimi yaşayır. Sahibiylə birlikdə televzioru seyr edən Dara bütün gün kök yeyir. ..İldə 4 mindən çox kök istehlak edən Dara 1 gündə 12 kök, kələm və alma istehlak edir. Onu görən insanlar təəccüblərini gizlədə bilmir. Hətta əksəriyyətinə görə bu dovşan bir itdən daha böyükdür...