Nəqliyyat Agentliyindən sürücülərə MÜRACİƏT
08:17 28.07.2018
Arxiv
673
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.
Agentliyin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı vətəndaşlara xidmət əsas götürüləcək:
"Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır.
Artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq. Bu işdə ictimaiyyətin də dəstəyinə ehtiyacımız olacaq. Məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olmuşuq”.
Bakı Nəqliyyat Agentliyi eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birlərinə qarşı anlayışlı olmağa səsləyir: "Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm