Novella Cəfəroğlu da Əfv Komissiyasına düşsəydi yaxşı olardı
20:38 22.02.2016
Arxiv
837
Çünki Azərbaycanda əlahiddə qadın həbsxanası var. Qadınlar təşkilatının nümayəndəsinin orada oturması çox zəruri idi
Dövlət başçısı İlham Əliyev Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezident Komissiyasının yeni tərkibi təsdiq edilib. Sərəncama əsasən, əvvəlki heyətdən ibarət olan qurumun yeni tərkibində 6 yeni simanın da adı var.
Hüquq müdafiəçilərinin isə yeni tərkiblə bağlı fikirləri haçalanıb. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, Əfv Komissiyasına Səttar Mehbalıyevin yerinə Novella Cəfəroğlu salınsaydı, daha yaxşı olardı: "Əfv Komissiyasının yeni tərkibi təsdiq olunub. Sevindirici haldır ki, Əfv Komissiyasına vətəndaş cəmiyyətinin də nümayəndələri daxil oldu. Amma yeni təsdiq olunmuş bu tərkiblə bağlı iki iradım var. Çox təəssüflər olsun ki, bu quruma yenə nazirləri salıblar. Bu quruma kifayət qədər vaxtı olan, hər bir əfv siyahısına təqdim edilən məhbusu ciddi şəkildə müzakirə etməyə vaxtı olan şəxslər daxil olmalıdır. Bu komitəyə daxil edilən nazirlər kifayət qədər məşğul olan insanlardır. Onların öz işləri ilə bağlı kifayət qədər məsuliyyətləri, öhdəlikləri var. Axı necə ola bilər ki, hər hansısa bir nazir bu komissiyada saatlarla oturub məhbuslarla bağlı müzakirədə iştirak etsin. Bu baxımdan düşünürəm ki, bu komissiyada onların aktiv fəaliyyəti olmayacaq.
Onlar sadəcə çoxluğun rəyinə tabe olacaqlar. İkinci iradım isə Əfv Komissiyasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin daxil edilməsi ilə bağlıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası kifayət qədər böyük bir təşkilatdır. Anlayıram
ki, S.Mehbalıyevi bu quruma ictimai təşkilatların nümayəndəsi kimi daxil ediblər. Onu qeyd etmək lazımdır ki, S.Mehbalıyev hələ heç öz tabeliyində olanlarla belə ədalətli münasibət sərgiləmir. Düşünürəm ki, bu şəxsin əvəzinə daha yaxşı olardı ki, ölkədə fəaliyyət göstərən əlahiddə bir qurum kimi qadınlar təşkilatının nümayəndələri daxil edilsin. Məsələn, mən məmnuniyyətlə Novella Cəfəroğlunun Əfv Komissiyasına daxil edilməsini arzulayaradım. Çünki Azərbaycanda əlahiddə qadın həbsxanası var. Qadınlar təşkilatının nümayəndəsinin orada oturması çox zəruri idi. Ümumiyyətlə, komissiyanın özü formal xarakterli bir qurumdur və məsul olduğu sahədə ciddi bir rolu da yoxdur”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu QHT nümayəndələrinin də Əfv Komissiyasına salınmasının müsbət olduğunu bildirib: "QHT-lərdən Əliməmməd Nuriyev yeni tərkibdə var. Çox dəyərli insandır. Ümid edirəm ki, onun köməkliyi ilə çox işlər görə bilərik. Əfv Komissiyasında yuxarı orqanlardan olan şəxslər yenidən qurumun üzvü kimi qalıblar. Sadəcə, bir neçə yeni deputat var. Keçmiş üzvlərdən biri rəhmətə getdi. İndiyə qədər komissiyasının bir çox üzvü ilə görüşlərimiz olub. Bu qurum çox vacibdir. Çox məhbusun doğrudan da məsələsini həll edə bilirik. Amma bildiyiniz kimi, istədiyimiz əfvi yalnız bir şəxs verə bilər. O da cənab Prezidentdir. Siyasi məhbusların qərarı yalnız ölkə başçısına məxsusdur. Ona görə də, daim biz Prezidentə müraciət edirik”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı da Əfv Komissiyasının yeni tərkibinin təsdiqlənməsinin təqdirəlayiq hal olduğunu deyib: "Əfv Komissiyasının 6 üzvünün rəhmətə getməsi istər- istəməz həmin Komissiyanın işinə təsir edirdi. Bu baxımdan dəyişikliklərə ehtiyac vardı”.
S.Bənanyarlının sözlərinə görə, Komissiyanın tərkibində QHT üzvlərinin də yer alması müsbət haldır: "Məhbusların azadlığa çıxarılması məsələsi bizim üçün hər zaman aktual mövzudur və bu istiqamətdə bizə çoxsaylı müraciətlər olur. Hesab edirəm ki, həmin müraciətlərin qəbul edilməsində və nəzərə alınmasında QHT nümayəndələrinin müəyyən qədər rolu olacaq”.
Yeni tərkiblə bağlı heç bir iradı olmadığını vurğulayan hüquq müdafiəçisi Komissiyanın tərkibi təsdiqləndiyi üçün bunun artıq bir əhəmiyyət daşımadığını deyib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region