Noyabr ayında 85 nəfər Gürcüstan vətəndaşı 100 min laridən çox gəlir əldə edib




Gürcüstanda 85 nəfər cari ilin noyabr ayında 100 min laridən (təqribən 37 min dollar. 1 dollar - 2.66 lari) çox əməkhaqqı alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan televiziyasının "1 Kanal”ı (İctimai kanal) Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, həmin şəxslər noyabr ayında ümumilikdə 52,7 milyon lari qazanıblar. Gəlirləri yüksək olan vətəndaşların statistikası aylar üzrə dəyişir. Bu il vətəndaşlar ən çox mart ayında qazanc əldə ediblər. Mart ayında gəliri 100 min laridən çox olan 202 nəfər qeydə alınıb. Onların ümumi gəlirləri 130,7 milyon lari olub.

Noyabr ayında 16 nəfər 90 min laridən 100 min lariyədək, 25 nəfər 80 mindən 90 minədək, 32 nəfər 70 mindən 80 minədək, 46 nəfər 60 mindən 70 minədək, 109 nəfər 50 mindən 60 minədək, 177 nəfər 40 mindən 50 minədək, 331 nəfər 30 mindən 40 min lariyədək əməkhaqqı alıb.