Nuri duet ortağı ilə eşq yaşayır?

Nuri ilə həmin xanım arasında yalnız dostluq münasibətləri var...



Azərbaycanda son iki ildə tanınan müğənni Nuri Sərinlədici barədə müxtəlif məlumatlar dolaşmağa başlayıb.
Məlumat üçün qeyd edək ki, Nuri uzun illərdir Moskvada yaşayır. O, eyni zamanda bəstəkarlıqla da məşğuldur. İfa etdiyi mahnıların böyük əksəriyyətinin bəstələri özünə aiddir.
Yaradıcılıqla xeyli vaxtdır məşğul olmasına baxmayaraq müğənni son iki ildə Azərbaycanın özündə tanınmağa başlayıb. Onun Azərbaycanda tanınmağında isə tanınmış aparıcı Lamiyə Ələkbərqızının rolu olub. Aparıcı eyni zamanda Nurinin Azərbaycanda prodüseri kimi fəaliyyət göstərir.
O da heç kimə sirr deyil ki, müğənninin yanında hər zaman Ceyla adlı gənc xanım görünür. Duet ortağı olan cütlük barədə isə elə ilk günlərdən şayiələr dolaşmağa başladı. Nurinin duet ortağı ilə eşq yaşadığı, onların arasında sevgi münasibətlərinin olduğu qeyd edilir.
Hərçənd müğənni bu günlərdə verilişlərin birində bu məlumatı təsdiqləmədi. Hətta deyilənə görə, Nuri Ceylanı sevir, amma anasının razılığı olmadığı üçün bu izdivacın baş tutulmadığı bildirilir.
Bütün bu söz-söhbətlərə aydınlıq gətirmək üçün Nuri Sərinlədicinin yaxın dostu, prodüseri Lamiyə Ələkbərqızı ilə əlaqə yaratdıq. Lamiyə xanım Nuri barədə dolaşan şayiələrə aydınlıq gətirdi: "İlk növbədə onu qeyd edim ki, Nuri şəxsi həyatı barədə açıqlama verməyi sevmir. Ona görə də bu günə qədər yalnız onun yaradıcılıq işləri barədə yazıblar, danışıblar. Qaldı Nurinin duet ortağı ilə sevgi yaşayıb-yaşamamasına, buna yalnız bir cavabım var. Nuri ilə həmin xanım arasında yalnız dostluq münasibətləri var. Nuri yaxşı dostdu. Mənim o xanımla da yaradıcılıq və dostluq münasibətlərim var. Deyilənlər yalandır. Nuri hələ ki, subaydır. Amma evlənmək planda var. Anası da onun evlənməyini çox arzulayır. Bir dost arası da onunla söhbət edəndə zarafat edib evlənməyini məsləhət edirik. Amma təbii ki, evlilik şəxsi məsələdir. İnşallah, toy olanda bundan mətbuatın da xəbəri olacaq. Nədənsə bizim millətdə qəribə bir münasibət var. Sənətdə iki duet ortağını görən kimi dərhal onları sevən cütlük kimi qələmə verirlər. Səhnədə onlar tərəf müqabilləridir, həyatda isə dostdular”.

Tahirə