"O şəkildəki Ramil Səfərov deyil, ola bilsin oxşarıdı”





Bu günlərdə feysbuk sosial şəbəkəsində "Ramil Səfərov cəbhədədir" başlıqlı məlumatlar yayılıb. Xəbərin altından üzərinə Cəbrayıl rayonu yazılmış lövhənin qarşısında duran hərbi geyimli bir şəxsin fotoları paylaşılıb və şəkil şəbəkə istifadəçilərinin ciddi müzakirə mövzusuna çevrilib. Kimi həmin şəxsin Ramil Səfərov olduğunu bildirir, kimi isə bunu təkzib edir. Qeyd olunur ki, R.Səfərov şəkildəki hərbçidən daha irigövdəlidir. Məsələni aydınlaşdırmaq məqsədilə R. Səfərovun atası Sahib Səfərovla əlaqə saxladıq. O, "Şərq"-ə açıqlamasında məlumatı yalanladı və bunun dezinformasiya adlandırdı: "Ramil heç bir yerə getməyib. Döyüş vaxtı da burada olub. O, nəzarət altındadır. Ramil xidməti yerində olub. Yanlış məlumatdır. Şübhəsiz ki, ehyitac yaranarsa, Ramil də gedəcək. Amma yayılan xəbərlər əsassızdır".
S. Səfərov paylaşılan şəkilə də münasibət bildirib: "O şəkildəki Ramil deyil, ola bilsin oxşarıdı. Kimdisə, Ramilə oxşayır. Onu da cəmiyyətə "Ramil Səfərov" cəbhəyə gedib" kimi təqdim edirlər. Bir daha deyirəm ki, Ramil heç bir yerə getməyib".