Obama terrorçuların texnologiyalardan istifadəsini çətinləşdirməyə çağırır





ABŞ prezidenti Barak Obama xalqa müraciətində bəyan edib ki, terrorçuluqla mübarizə üçün kibertəhlükəsizlik sahəsində tədbirlər görülməlidir.
İKT.lent.az-ın "Gazeta"ya istinadən xəbərinə görə, Obama yüksək texnologiyalar sahəsinin və hüquq-mühafizə orqanlarının rəhbərlərini ədalət mühakiməsindən qaçmaq üçün terrorçuların texnologiyalardan istifadəsini çətinləşdirməyə çağırıb.
Qeyd edək ki, Böyük Britaniya İŞİD terror təşkilatının hakerləri ilə mübarizə məqsədilə elit kiberhücum qrupları ahzırlayır.