Obamadan tarixi aşıqlama





ABŞ dövlət başçısı Obama, İran ilə nüvə müzakirələrində uzlaşmaya çatılmasını "tarixi" hadisə olaraq xarakterizə etdi. Obama bunları ifadə etdi:
"Bu razılaşma İranın nüvə silahı çıxarmasına maneə törədir. İrana bu razılaşma, məhdudlaşdırma gətirir. Bu sayədə nüvə silahından istifadə edə bilməyəcək. İran önümüzdəki illərdə razılaşmağı pozsa belə, məhdudlaşdırmalar olacağı üçün nüvə silahına çata bilməmiş olacaq.
Beynəlxalq müşahidəçilər, nəzarətçilər, İranın nüvə təsislərinə çatıb, yoxlama təmin edəcək. Bu razılaşma sayəsində heç bir ölkədə olmadığı qədər İran, idarədən keçəcək. Şəffaf bir müddət haqqında danışıqlar olacaq və İranın əsla nüvə silahı inkişaf etdirməsinə icazə verilməyəcək. Bunun qarşılığında da İrana qarşı sanksiyalar yüngülləşəcək.
Hələ işimiz bitmiş deyil. Müzakirəçilər bu çərçivə razılaşması üzərində işə davam edəcək. İranın bu nöqtədən sonrageri addım atmaması lazımdır. İran ilə aydın olsa təhlükəsizliyimiz təmin edilmiş olacaq. Bu razılaşma ABŞ-ın təhlükəsizliyinə daha da qatqı edəcəyinə inanıram. Əvvəlcə bu razılaşma ilə doğru bir addım atıldığını düşünürəm. Çox böyük sanksiyalar tətbiqinə baxmayaraq keçmişdə, İran nüvə proqramında imtina etməmişdi."