Ofşorlarda əməliyyatlardan əldə edilən gəlirlər vergiyə cəlb ediləcək
12:06 14.12.2016
Arxiv
697
Xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarına qarşı mübarizə gücləndirilir. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.
"Vergi Məcəlləsinin 14-cü maddəsi vergitutma məqsədləri üçün tərəflər arasında aparılan əməliyyatda malların (işlərin, xidmətlərin) bazar qiymətinin müəyyən edilməsini tənzimləyir. Bu maddənin mövcud redaksiyası rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün layihəyə müvafiq maddələr daxil edilib", - deyə nazir vurğulayıb.
F. Məmmədov əlavə edib ki, layihədə transfer qiymətlərinin təqvim ili ərzində yuxarıda qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq edilməsi nəzərdə tutulub: "Qanun layihəsinə bu istiqamətdə dəyişiklik hazırlanarkən, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (OECD-nin) tövsiyələri öyrənilib, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb. Transfer qiymətqoyma Avropa İttifaqına daxil olan ölkələrdə, Amerika Birləşmiş Ştatlarında və sair dövlətlərdə tətbiq olunur”.
Bundan başqa, güzəştli vergi tutulan ölkələrdə aparılan əməliyyatlara nəzarət mexanizmi qurulacaq. Bununla bağlı da Vergi məcəlləsinə dəyişiklik təklif olunur.
"Prezident İlham Əliyevin sərəncamı ilə vergi orqanlarına Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması tapşırılıb. Bu mexanizmlərin tətbiqində məqsəd ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin əməliyyatların qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini təmin etməkdən ibarətdir”, - deyə nazir vurğulayıb.
F. Məmmədov qeyd edib ki, bu məqsədlə layihəyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycandakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib: "Bu dəyişiklik beynəlxalq təcrübədə tətbiq olunan, vergi sığınacaqlarına köçürülərək vergidən yayındırılan gəlirlərlə mübarizə sahəsində atılan addımlardan biridir. Analoji müddəalar Latviya, Estoniya, Qazaxıstan və Gürcüstan kimi ölkələrin qanunvericiliyində nəzərdə tutulub”.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm