Oğulunun müalicəsi üçün intihar etdi, amma...

“Səni ağrılar içində gördükcə qəhr oluram”



Çinli ana, öz həyat sığortasından xəstə oğulu faydalansın deyə intihar edib.
Çinin Shenzhen şəhərində yaşayan, adı açıqlanmayan 63 yaşlı qadın, sığortasının xəstə olduğunun müalicəsinə xərclənməsi üçün 9-cu mərtəbədəki balkondan ataraq intihar edib. Xəstə oğulu televiziyaya verdiyi şərhdə anasının son sözlərinin xatırladıb: "Mən yaxşı olacağam. Ehtiyacın olan pulu almağında sənə kömək edəcəyəm”. Xəbərə görə, intihar edən qadının, adı açıqlanmayan oğuluna 2005-ci ildə oynaq iltihabı diaqnozu qoyulmuşdu. Gənc adama dözülməz ağrılar verən xəstəlik, bədəninin boyundan belinə qədər olan hissəsini hərəkət etdirə bilməz vəziyyətə gətirmişdi. Diaqnozdan 10 il sonra gənc qismən iflic oldu. Xəstəliyin son mərhələsində artıq başını və ombalarını hərəkət etdirə bilmirdi. Gənc adam xəstəliyinə görə çalışdığı son iş yeri olan restoran müdirliyindən də ayrılmaq məcburiyyətində qalıb. Bütün ailə əczaxanada işləyən arvadının maaşıyla dolanmaq məcburiyyətində qalıb. 20 kvadrat metrlik bir evdə həyat mübarizəsi verən ailənin bu halına, yaşlı qadın çarələr axtarmağa başlayıb. Kədərli ana oğulu üçün özünü fəda etmədən əvvəl, balkonda hazır vəziyyətdə oğuluna dönərək; "Sevimli oğulum, sənə birazca köməyim ola bilər. Səni ağrılar içində gördükcə qəhr oluram,’’ deyə özünü 9-cu mərtəbədən atıb.

Yerli mediaya danışan qadının oğulu, Həyat Sığortasından gələcək pulu müalicə xərclərinə istifadə edilməsi üçün 22 mart günü anası intihar edib. Lakin həyat vekseli keçən ilin 27 noyabr tarixində sona çatmışdı və intiharın bir köməyi olmadı.