"Ölkə başçısı şəhid ailələrinə və qazilərə hər zaman diqqət göstərib"





" Prezident İlham Əliyevin şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət gənc nəsillərdə vətənpərvərlik hissini daha da gücləndirir ”.

Bunu "Sherg.az"a Qubadan şəhid Dadaşov Mehmanın atası Dadaşov Əsədulla bildirib.
Onun sözlərinə görə, cənab prezidentin bu addımı xalqına, millətinə olan sevgisindən irəli gəlir:

"Allah cənab prezidentin və ailəsinin canını sağ eləsin. Dövlət tərəfindən şəhid ailələrinə bu qədər qayğı göstəriləcəyini gözləmirdik. 

Ölkə başçısı şəhidlərə, şəhid ailələrinə və qazilərə hər zaman diqqət, qayğı göstərib və inanıram ki, bu qayğı gələcəkdə də göstəriləcək. Ötənlərdə şəhid ailələrinə birdəfəlik 11 min manat ödəniş olundu . Həmin vəsaitlə sosial şəraitimizi yaxşılaşdırdıq. 

Bir çox problemlərimiz həll olundu. Hətta bu yaxınlarda ölkə başçısı şəhid ailələrini Prezident sarayında qəbul edib. Bu cür diqqət, qayğı bizi sevindirir. Bütün bunlara görə, cənab prezidentə minnətdaram”.

Qeyd edək ki, Yanvraın 28-də dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Kənan Eynuroğlu